Ramazan pidəsi

Ramazan pidəsi

 

ramzan pivəsi,

ramazan pidəsi

Ramazan pidəsi

Ramazan pidəsi üçün lazım olan ərzaqlar:

  • 1 kq un,

  • 50 q maya
  • 1  qəhvə fincanı ilıq su,
  • 1.5 stəkan su, 
  • 1.5 yemək qaşığı qatıq,
  • 1 qəhvə  fincanı  maye  yağ,
  • 100 qr  kərə yağı(margarin),
  • 1 çay qaşığı toz  şəkər,
  • 1 xörək  qaşığı çörəkotu,
  • Duz

Ramazan pidəsinin hazırlanma qaydası:

  • Ramazan pidəsi bişirmək üçün əvvəlcə mayaya 1 fincan ilık suyu əlave edərək  qarışdırın və  bir sürə dincə qoyun ki, maya bir az gəlsin. 
  • Marqarini  bir tavad əridib  sosoyumağa qoyun.
  •  Unu əvvəlcə ələyin və bir qaba yığaraq üzərinə açmış olduğunuz mayanı əlavə edin.
  • Bundan sonra isə unun üzərinə əritmiş olduğunuz kərə yağını, marqarini, duz və şəkər tozunu əlavə edib qarışdırın.
  • Suyu az- az  əlavə edərək xəmir yoğurun.
  • Yoğurduğunuz xəmiri iki hissəyə ayırın və əlinizlə yuvarlayaraq xəmirə top şəkli verin.
  • Xəmirlərin üzərinə bıçağın ucu ilə dərininəkəsərək üstəgəl işarəsi çəkərək dincəlməyə qoyun. Xəmirin belə vəziyyətdə dincə qoyulması üçün sadəcə 5 dəqiqə vaxt lazımdır.
  • Belə etdikdə xəmiriniz daha yaxşı mayalanacaqdır.
  • Daha sonra xəmirlərinizi  oxlov ilə yayaraq  ramazan pidəsi şəkli verin.
  • Pidələrin üzərinə bıçaq yardımı ilə paxlava şəkli verin.
  • Qatığı bir qabda mikserin yardımı ilə yayaraq  pidələrin üzərinə çəkin.                                          
  • Xəmirlərin üzərinə çorəkotu  səpin və çörəyin üzərini nəmli dəsmalla örtün  və otaq temperaturunda   30 dəqiqəyə yaxın saxlayın.
  • Əvvəlcədən  160 dərəcəyə  qızdırdığınız fırında  üzəri qızarana qədər   bişirin.
  • Nuş olsum!

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir