Rİnoplastika

rinoplastika

Dr. Taha Mehmetoğlu

Rinoplastika

Rinoplastika – burunun anadangəlmə və ya qazanılma deformasiya-larının korreksiyası və ya tam itirilmiş burunun bərpası əməliyyatıdır.

Rinoplastika – burunun anadangəl-mə və ya qazanılma deformasiya-larının korreksiyası və ya tam itirilmiş burunun bərpası əməliy-yatıdır.
Bu əməliyyat plastik cərrahiyyə bölməsinə aiddir və əməliyyatla burunun anadangəlmə və ya qaza-nılmış anomal formalarının düzəl- dilməsi və ya burnun tam itirilmiş hissələrinin bərpa yollarıdır. Plastik cərrahiyyənin əsas məqsədi ana-dangəlmə, hər hansı bir xəstəlik və ya mexaniki (travmatik) zədə nəticəsində pozulmuş olan burun formalarını bərpa etməkdir.

Əməliyyata göstərişlər:
Burunun tam formalaşması ortalama 16-18 yaşlarında tamamlanır. (sümük hissəsinin formalaşması 16- 18, qığırdaq hissənin formalaşması təxmini 18 yaşında tamamlanır). Əgər burunda olan qüsurlar anadangəlmədirsə bu əməliyatı daha erkən, yəni 16 yaş tamamlanmadan da etmək mümkündür. Bu əməliyat üçün optimal yaş – 16-dan 55 yaşadək hesab olunur.
Burun plastikası əməliyatını qərara aldıqdan sonra plastik cərrahın müayinəsində olmaq cox önəmlidir. Bəzi insanlar burunda heç bir funksional və ya estetik problemlər olmadığı hallarda belə bu əməliyata ehti-yacı olduğunu düşünürlər. Belə hallarda dismorfofobiya və ya dismorfomaniya kimi xəstəliklərdən şübhələnmək olar. Cərrah xüsusi ölçmələr apararaq bu şəxsin əməliyata ehtiyacı olub-olmadığını deyə bilər. Plastik cərrahiyədə standart formalaşdırılmış parametrlər mövcuddur. Bu ölçmələrlə burnun öz hissələrinin bir-birinə və digər qonşu orqanlara (gözlər, alın, qulaqlar, çənə) harmoniyasını dəyərləndirmək olar. Son zamanlar plastik cərrahlar kompyuter modelləşdirilməsindən istifadə edərək burnun əməliyyatdan sonrakı təxmini formasını xəstəyə təqdim edə bilər.
Əməliyyata qədərki dövrdə mümkün qədər çox istirahət etmələri tövsiyə edilir. Siqaret, alkoqol və digər zərərli vərdişlərdən uzaq olmalıdır. Həkim razılığı olmadan hər hansı bir dərman vasitəsinin qəbul edilməsi məhdudlaşdırılır.

Rinoplastika

Rinoplastika

Travmadan sonra cərrahi müdaxilə

  • Burun travmasından sonra iki problem yarana bilər: burun tənəffüsünün tam və ya hissəvi pozulması və burun formasının dəyişilməsi.
  • Travmadan sonrakı erkən mərhələdə (ilk 10 gün) heç bir cərrahi müdaxilə olmadan da burnun təbii vəziyyətini bərpa etmək mümkündür. İlkin müayinə zamanı aşkarlanan burun tənəfüsünün pozulması və burun formasının dəyişməsi əlamətləri bir neçə gün içində təd-ricən yox ola bilər.
  • Daha ciddi zədələnmələr zamanı burun rekonstruksiyası-xarici və daxili strukturların bərpası və yenidən qurulması həyata keçirilir.
  • Burun tənəffüsünü çətinləşdirən istənilən hallarda (burun arakəsməsinin əyrilikəri və s.) operativ müdaxilə zəruri hesab olunur. Bu zaman hər iki problem–burun tənəffüsünün bərpa olunması (burun arakəsməsinin selikli qişaaltı rezeksiyası) və burun xarici deformasiyası (estetik rinoplastika) bir etapda həll oluna bilər.

Aşağıdakı hallarda rinoplastika əməliyyatı aparıla bilər:

• Burun üst hissəsində donqarlığın olması;
• Burun ucunun çox sivri və ya cox qalın olması;
• Burun ucunun qarmağabənzər formada olması;
• Burunun cox uzun olması;
• Burun dəliklərinin geniş olması;
• Burunun yəhər şəklində olması;
• Burun çəpərinin əyriliyi;
• Burunun anadangəlmə və post-travmatik deformasiyaları;
• Burun tənəffüsünün tam və ya hissəvi pozulması;

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir