Şəkər xəstəliyinin əlamətləri

Şəkər xəstəliyinin əlamətləri

 

Şəkər xəstəliyinin əlamətləri

Şəkər xəstəliyinin əlamətləri

Bu yazımızda sizlərə şəkər xəstəliyinin əlamətlərihaqqında məlumat verəcəyik.Aparılan araşdırmalardan  bu xəstəliyin gündən-günə artdığı aydın olmuşdur.Sağlıqlı qidalanma, tibbi müalicələr, davamlı idman hərəkətləri edilən bir sağlam mühitdə şəkər xəstəliyinin eləcə də digər xəstəliklərin qarşısı alınar və   nəzarətdə saxlanıla bilər. Erkən qoyulan diaqnoz və müalicəyə başlama mövzusunda əvvəlcə şəkər xəstəliyinin əlamətlərini bilmək lazımdır. Bax şəkər xəstəliyini yaranmasına səbəb olam 7  önəmli  əlamət

Ayaqlarda qıcolmalar:

 Bədəndə olan insulinin azalması səbəbindən qanda olan şəkər nisbəti yüksəlməsi nəticəsində hüceyrələrdə enerji aclığı meydana gəlir.
 Ayaqlardakı qıcolmalar halsızlıq, şirniyyata meyillilik, gündüzlər yuxu gəlməsi, sabahları çətinliklə oyanmaq və s. əlamətlər qan şəkərinin yüksəlməsi nəticəsində meydana gələn problemlərdir.
Belə vəziyyətlərdə bəzən  aclıq qan şəkəri normal da olsa , toxluq qan şəkərinin təqib olunması, yaxud da şəkər yükləmə testi etmək lazımdır.

Ağız quruluğu:

  • Şəkər xəstəliyinin başlanğıcında erkəndən fərq edilməzsə belə , yorulan pankreas qan şəkərini kontrol edəcək qədər insulin ifraz edə bilmir.
  • Bunun nəticəsində isə toxluq qan şəkəri yüksələrək ağız quruluğu, həddən çox su içmək kimi əlamətlər meydana çıxır.

Gecələri tez-tez sidiyə getmə:

  • Ağız quruluğu nəticəsində  həddindən çox alınan suyun yanında yüksələn qan şəkərinin böyrəklərə verdiyi təzyiq nəticəsində insan gecələri tez-tez sidiyə getmək məcburiyyətində qalır.
  • Gecələri sidiyə bir dəfə getmək normaldır.
  • Ancaq bir neçə dəfə getdikdə ilk öncə ağlımıza  şəkəri gətirmək lazımdır.

Qaşınma:

  • Qan şəkəri yüksəldikcə dəri qurumağa başlayaraq qaşınma verməyə başlayır.
  • Meydana gələn bu qaşınma qadınlarda ən çox cinsiyyət orqanlarında  özünü biruzə  verir.

Mürgüləmə:

  • Qanda şəkər nisbəti yüksək olsada bu xərclənmədiyi üçün hüceyrələr normal enerji xərcləyə bilmirlər.
  • Bunun nəticəsində isə sinir sistemi və beyin hüceyrələrinə də təsir etdiyi üçün yuxusuzluq, oturan təki mürgüləmə, halsızlıq kimi problemlərlə qarşılaşılır.

Arıqlamaq:

  • Pankreasda insulin azalmağa başladığı üçün   aclıq qan şəkəri də yüksəlməyə başlayır.
  • Qanda şəkər nisbəti yüksək olsada istifadə olunmadığı üçün , hüceyrələrdə enerji aclığı ortaya çıxır və bu aclığı  yağ və   qan hüceyrələri qarşılamağa çalışırlar.
  • Bunun nəticəsində isə arıqlamaq başlayır.

Cinsiyyət üzvlərində göbələk infeksiyası:

  • Şəkər xəstəliyinin digə əlamətlərindən biri də qandakı şəkərin yüksəlməsi mikrobların rahatlıqla meydana gəlməsinə şərait yaradır.
  • Qadınlarda ən çox sidik kanalı  infeksiyaları  və qaşınmayla başlayan göbələk xəstəliyi ortaya çıxmaqdadır.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir