Şəkərlİ dİabet

şəkərli diabet

şəkərli diabet

Şəkərli  diabet 

Müəllif:

Dr. Hidayət Məmmədzadə.
Həkim endokrinoloq

Şəkərli diabet hər yaşda görülə bilən, ağırlaşmalara səbəb olmaqla erkən ölümlərin, əlilliyin başlıca səbəbi kimi aktual, tibbi-sosial əhəmiyyətli geniş yayılmış qeyri-infeksion xəstəlikdir. Şə-kərli diabet və ya şəkər xəstəliyi, mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun çatışmamazlığı ya-xud təsirinin qeyri-kafi olması nəticəsində yaranan xroniki hi-perqlikemiya vəziyyəti ilə əla-qədar zülal, yağ və karbohidrat mübadiləsinin pozulmasıyla mü-şayiət olunan polietioloji meta-bolik xəstəliklər qrupudur. Sta- tistik məlumatlara görə, dünya-da 250 milyondan çox insan şəkərli diabet xəstəliyindən əziy-yət çəkir. Respublikamızda isə rəsmi statistikaya gorə, 200 min şəkərli diabet xəstəsi olduğu qeyd olunur.
Şəkərli diabet diaqnozdan sonra həyat boyu davam edən bir xəstəlikdir. İnsulin çatışmazlığı və ya rezistentlik olduqda, qidalarla əldə etdiyimiz qlükoza hüceyrələrə daxil ola bilmir. Bu-na görə də qanda şəkərin miq-darı artır, hiperqlikemik vəziyyət yaranır. Xroniki hiperqlikemiya orqanizm üçün toksikidir və bir çox orqanların, xüsusən hədəf orqanlar dediyimiz ürək-damar, sinir sistemi, böyrəklər və görmə üzvünün funksiyasının pozulma-sına gətirib çıxarır. Tibbi praktikada xəstəliyin etiologiyası bir çox amillərdən asılıdır: daha çox irsi meyillilik ön plandadır, xüsu-sən insulindən asılı olmayan tiplərdə. Bundan başqa, stress, uzun müddətli əsəb gərginliyi, oturaq həyat tərzi, artıq çəki və karbohidratlarla zəngin qida-lanma, yaşlanma və s. göstərilə bilər.

Diabetin başlıca iki tipi var:
1-ci Tip- yəni insulindən asılı dia-bet-ümumiyyətlə, insulin hormonunun mütləq çatışmamazlığı ilə əlaqədar inkişaf edir. Əsasən uşaq və gənc yaşlarda başlayan, çox ciddi nəzarət tələb edən və daim insulin müalicəsi verilən tipdir,
2-ci Tip-yəni insulindən asılı olmayan diabet-mədəaltı vəzdə insulin istehsalı olduğu halda, kafi istehsalın olmadığı ya da orqanizmin insulini kafi dərəcə-də istifadə edə bilmədiyi-insulinorezistentlik hallarında ortaya çıxır. 2-ci Tip diabet daha çox 30-40 yaşdan yuxarı və bədən çəkisi çox olan şəxslərdə qeyd olunur. Bunlardan başqa, bir də hamilə-lik əsnasında yaranan gestasio-nal diabet tipi var ki, ancaq bunların da bir qismində sonralar 2-ci Tip diabet inkişaf edir. Gestasional diabetdən qorunmaq üçün bütün hamilələrə ha-miləliyin 24-28-ci həftələrində şəkər yükləmə testi edilməlidir. Bundan başqa, diabetin pozul-muş aclıq qlükoza (İFG-impaired fasting glucose), pozulmuş qlü-koza toleransı (İGT-impaired glucose tolerance) kimi prediabetik və MODY (Maturity onset diabetes of young-gənc yaşların diabeti) latent (gizli) gedişli, LADA, müxtəlif endokrinopatiyalara ve genetik sindromlara bağlı və yenidoğulmuşların diabeti kimi tipləri də var.

Diabetin əlamətləri:

Susuzluq hissi və ağız quruması, tez-tez sidiyə çıxma, yorğunluq, halsızlıq hissi, iştahanın artması, səbəbi bilinməyən çəki itkisi, bulanıq görmə, çətin sağalan yaralar, ayaqlarda ağırlıq, keyimə hissi, seksual sferada bəzi problem-lərin olması və s. diabetin əla-məti sayılır. Bundan başqa, şəkərli diabetin heç bir əlaməti olmaya da bilər və bunun nə-ticəsidir ki, diabet bəzən təsadüfi müayinələr zamanı aşkar edilir. 1-ci Tip diabetli xəstələrdə bu əlamətlər şiddətli və birdən-birə başlayır, pasientlər bəzən koma halına düşdükdən sonra xəstəlikləri məlum olur.
Ancaq 2-ci Tip diabetdə şikayət-lər daha az diqqətə çarpır və xəstəliyin başlanğıcı zəif gedişli olur. Buna görə də 2-ci tip diabetin diaqnozu, ümumiyyətlə, gec qoyulur. Gizli diabeti və ya pozulmuş qlükoza toleransı olan insanlarda yeməkdən öncə əs-mə, tərləmə, ürəkdöyünmə kimi şikayətlər də ola bilər. Şəkərli diabet xəstəliyinin diaqnozu ÜST (WHO)-Ümumdünya səhiyyə təşkilatı, ADA- Amerika Diabet Assosiasiyası, BDF (IDF)-Beynəl-xalq Diabet Federasiyası kimi dünyada qəbul olunmuş qurum-ların təklif etdiyi ölçülərə görə qoyulmaqdadır. Bunun üçün bə-zən alınan tək bir qan nümunəsi kifayət etdiyi halda bəzən xüsusi analizlərə ehtiyac yaranır. Mə-sələn, qlikohemoqlobin, C-peptid, toxluq qan şəkəri, qlükozaya tolerantlıq testi və s. Qəbul olunmuş normalara görə qan şəkəri acqarına venadan gö-türülmüş qan plazmasında 126 mq/dl və ya yeməkdən 2 saat sonra, eyni zamanda klinikada apardığımız qlükozaya qarşı tolerantlıq testi zamanı hər hansı saatda qan şəkəri 200 mq/dl və ya bu rəqəm-lərdən yüksəkdə qeyd olunursa artıq şə-kərli diabet xəstəliyi təsdiq olu-nur. Adekvat müalicə aparmaq üçün xəstələrin qarın boşluğu orqanlarının ultrasonoqrafiyası, xüsusən, mədəaltı vəz və qalxa-nabənzər vəzin müayinəsi, ürək, göz müayinələri, böyrək testləri aparılmalıdir, tam diaqnoz və yanaşı xəstəliklər dəqiqləş-dirildikdən sonra uyğun müalicə seçilməlidir. Ümumiyyətlə, şə-kərli diabetin diaqnostika və müalicəsi xüsusi təlimat, konsepsus və klinik protokollara əsasən aparılır. Optimal qlisemik kont-rol, yəni qan şəkərini normal hədlərdə saxlamaq şəkərli diabetin müalicəsində əsas məqsəddir. Yəni, müalicə qan şə- kərindəki yüksəlmə və azalma-ların qarşısını almaq, daha doğrusu idarə etməkdir. Şəkərli diabeti tam sağaltmaq mümkün olmasa da, optimal qlisemik kontrolu əldə saxlamaqla, uyğun dərmanlar, idman və pəhrizlə xəstələr aktiv və sağlam bir həyatı davam etdirə, xəstəliklə əlaqədar ağırlaşmaların qarşı-sını ala bilərlər. Əgər diabetin müalicəsi düzgün aparılmırsa, xəstələrdə gec-tez ürək-damar, göz, böyrək, sinir sistemi tə-rəfindən və s.ağırlaşmalar gə-ləcəkdir. Belə vəziyyətlərdə baş- qa sahə mütəxəssislərinin yanaşı xəstəliklər üçün apardığı müalicə belə qənaətbəxş olmur. Hər diabet xəstəsinin evdə monitor üçün qlükometr dediyimiz şəkəri qanda express təyin edən keyfiyyətli aləti olmalıdır. Qan şəkərini xəstəliyin tipindən, ağırlığından asılı olaraq həkim dediyi qaydada ölçüb qeyd etmək lazımdır. Əsasən pasientlərə qan şəkərini sxemlə gün ərzində səhər, günorta, axşam–ana yeməklərdən qabaq (təxminən saat 08.00: 13.00: 19.00), yeməklərdən 2 saat sonra, ayda bir dəfə gecə saat 03:00-da ölçməyi məsləhət bilirik. Bu qeydlərə əsasən müalicədə dəyişiklik edilir, məsləhətlər veririk.

Şəkərli diabetin müalicəsində bir-birinə bağlı üç ana sütun var: Pəhriz müalicəsi- Həyatda şəkər xəstəliyi qədər diyetaya sıx bağlı ikinci xəstəlik yoxdur. Mütləq şəkər xəstələrinə uyğun dieta verilib, təlimatlandırılmalıdır. Xəstə pəhriz gözləmirsə, apa-rılan heç bir müalicə qənaətbəxş hesab edilə bilməz. Pəhriz xəstə-nin çəkisi, işi, yaşı, cinsi, bədən kütlə indeksi nəzərə alınmaqla verilməlidir. Ümumiyyətlə, insulin alan xəstələrimiz mütləq sutka ərzində altı dəfə-3 ana, 3 ara öyün olmaqla qidalanmalı-dırlar.

Diabet xəstəsinin uzunmüddətli ac qalması yolverilməzdir. İdman müalicəsi-fiziki fəallıq, hərəkət insulinin təsirini artırır, yağ to-xumasını azaldır, periferik toxu-maların insulinə həssaslığını ar- tırır, qan təzyiqi və qanın yağlılığı normallaşır, beləcə dərmana olan təlabat azalır və pasientərin əhvalı yaxşılaşır, özünə inam hissi yüksəlir. Dərman müalicəsi bu insulin inyeksiyaları və ya xəstələrə uyğun individual təyin edilən tabletlərdir. 1-ci Tip diabetli pasientlər dərman olaraq mütləq insulindən istifadə etmək məcburiyyətindədirlər. Bu xəstə-lərin vəziyyətdən asılı olaraq gündə 3-4 dəfə insulinə eh-tiyacları ola bilər. Müasir təbabətdə rahat istifadə oluna biləcək insulin qələmləri istifadə olunur. 2-ci Tip diabetli pa-sientlər, qan şəkərlərini salmaq üçün tabletlərdən daha çox fayda görürlər. Ancaq bu cür xəstələrin də yeri gəldikcə in-sulinlə müalicə edilmələri lazım gələ bilər. Qlikohemoqlobin (Hb A1C) dediyimiz göstərici optimal qlisemik kontrolun qızıl stan-dartıdır. 3 ay ara ilə bu göstəricini və digər testlərə (tiroid, qaraciyər, böyrək funksional testləri, lipid profili, sutkalıq si-dikdə mikroalbuminuriya testi və s.) göstərişə uyğun baxılması məsləhətdir. 6 aydan bir diabetli pasientlər rutin olaraq kardioloji və göz müayinələri edilməlidir. Diabeti həyat tərzi olaraq qəbul edən, vaxtında kontrollara gələn xəstələr çox sağlam və aktiv bir həyat sürə bilərlər. Diabetlə əla-qədar inkişaf edən ağırlaşma-lara, ümumiyyətlə, qan şəkərinin miqdarına yaxşı nəzarət olunmayan xəstələrdə rast gəlinir. Bu arzuolunmaz vəziyyətlərin profilakti-kası erkən diaqnoz və adekvat müalicə metodları vasitəsi ilə mümkündür.

Ən çox rast gəlinən ağırlaşmalar: kəskin; hipo-, hiperqlisemik komalar, xroniki; sürətlə inkişaf edən və müalicəyə qarşı rezistent olan infeksiyalar, makro və mikrovaskulyar ağırlaşmaları (retino-, neyro-, nefro- patiyalar) qeyd etmək olar.

– Diabetdən şübhələnirsinizsə, yaxın qohumlarınızda diabet xəs-tələri varsa və ya olmuşsa, qan şəkərinizi yoxlatdırın və ya chek-up müayinələrdən keçin,

– Diabet diaqnozu təsdiq olun-muşdursa təklif edilən müalicə üsullarına (dərman və ya insulin) və pəhrizə dəqiq bir şəkildə əməl edin,
– Dərmanlarınızı həkiminizdən soruşmadan dəyişməyin və ya kəsməyin,”Diabet məktəbin”də dərslərə müntəzəm gəlin,
– Nizamlı şəkildə qan şəkərinizi yoxlayın və qeyd edin,
– Altı ay fasilə ilə kardioloq müa-yinəsində olun,
– Ən geci ildə bir dəfə gözlərinizi müayinə etdirin,
– Fiziki fəallığı unutmayın,
– Əgər nəfəsalmanızda problem varsa, öskürürsünüzsə, mütləq döş qəfəsinin rentgen müayinəsi olunun, çünki kontrolsuz diabet ağciyər vərəminin inkişafına sə-bəb olur. Peyvənd edilməsinə əks-göstəriş yoxdursa hər il qış ay- larında qrip peyvəndi olunun, – Türkəçarə müalicələr (fitoterapiya, bioloji aktiv əlavələr və s.) və ya müasir elmi standartlara istinad olunmadan aparılan müalicələrlə qiymətli vaxtınızı itirməyin, qan şəkərinizi acqarına və toxqarına ölçun, qeydlərinizi həkiminizə gös-tərin, işin mütəxəssisinə özünüzü etibar edin,
– Müntəzəm şəkildə diş həkiminə gedərək müayinə olunun,
– Ayaq baxımı diabet xəstələrində çox ciddi və incə yanaşma tələb edən məsələdir. Hər gün ayaq-larınızı ilıq su və sabunla yuyun, qurulayın. Dırnaqlarınızı uzun və düz kəsin, çalışın zədələməyin, pambıq corab, evdə tərlik, ortopedik ayaqqabı geyinin, ayaqlarınıza krem çəkin, sıyrıntı, yara, çat görsəniz dərhal həkimə müraciət edin. Diabetik pəncə problemi vaxtında aşkar və düzgün müalicə edilərsə bu tam həllolunan məsələdir. Şəkərli diabetli xəstə-lərin müalicəsində “Diabet məktə-bi” mühüm yer tutur və burada xəstələrə özünə nəzarət, dieta, insulin müalicəsi zamanı diqqət ediləcək məqamlar, qan şəkərinin ölçülməsi qaydaları, ayaq baxışı və s. öyrədilir. Biz diabet dərsləri zamanı əyani vəsaitlərdən (slayd, videofilmlər və s.) də istifadə edirik. Diabet dərslərinə gəlmə-yinizin Sizə faydaları vardır. Şəkərli diabetin müalicəsi, son olaraq yuxarıda göstərilən şərtlərə əməl edən, xəstəliyinə biganə yanaşmayan, bu xəstəliyi və ağırlaşmaları anlayaraq yalnız mütəxəssis həkim-endokrinoloq nəzarəti və kontrolu altında etdirən şəxslərdə uğurlu ola bilər.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir