Saç baxımı zamanı ən çox rast gəlİnən 6 səhv

baxımı zamanı edilən 6 səhv

Saç baxımı zamanı   ən çox rast gəlinən  6 səhv

Saç baxımı zamanı  ən çox rast gəlinən  6 səhv

Saça tətbiq olunan bəzi vəsaitlər saçda fiziki tproblemlər  meydana gətirə bilər.

Çünki tez-tez edilən kimyəvi müdaxilələr saçların daha da qırılma və qopmasına səbəb our.

Sağlam saçlara sahib olmaq heç də çətin deyil.

Bu yazımızla “saçlara necə qulluq etmək lazımdır?” sualına cavab verəcəyik.

Mütəxəssislərin fikrincə normal daramaq və yumaq əməliyyatları köhnəlmiş vasitədir.

Bəzi amillər saçın sağlam olan üst örtüyünü zaman keçdikcə köhnəldir və nəticədə kövrək olan daxili quruluşdakı zəncirlər asanlıqla qopa bilir.

Bu zaman saçlarda qırılma və qopmalar baş verə bilir.

Saçın təkibi əsasən zülal və sudan ibarətdir.

Bu əsas elementlər azaldıqca saçda aşınma meydana gəlir.

Saçı fiziki olaraq aşındıran hallar bunlardır: 
• Saçı quru halda fırçalamaq:

  • Saç elastikliyi saç nəmli olan zaman artır.
  • Saçlara müxtəlif formalar vermək, quru halda mümkün deyil.
  • Saç quru olduğu zaman təqribən 20%-i qədər elastikliyini itirir və asanlıqla qırılır.
  • Buna görə də də saçı quru halda daramaq olmaz.
  • Saç nəmli olduğu zaman elastikliyi artır və qırılma riski azalır.
  • Saça şəkil vermək üçün mütləq nəm olmalıdır.
  • Saçın ən böyük nəm mənbəyi sudur.
  • Saçımızı yuduğumuz zaman ehtiyacı olan suyu ala bilir.
  • Yığdığı bu nəmliyi uzun zaman qoruya bilməsi üçün saç kremi və baxım kremlərindən istifadə etmək çox faydalıdır.
  • Fen, düzləşdirici maşa:

  • Bunlar saçda aparılan isti əməliyyatlardır.
  • Fen və digər isidici aparatlardan tez-tez istifadə etdikdə saçın istiliyə qarşı dayanıqlığı getdikcə azalmağa başlayır.
  • Buna görə də belə əməliy-yatları tez-tez yerinə yetirmək (həftədə 2-3 dəfə) saçlarda qırılma və qopmalar yaradır.
  • İsitmə zamanı saç öz nəmliyini və elastikliyini itirir.
  • Belə vəziyyətlərdə saça şəkil vermək çox çətin olur və yaxud da şəkil veriləcək halda olmur.

• Kimyəvi üsul:

  • Saçın üst qatından deyil, daxildə olan sulfid bağlarını qopardaraq yenidən istəniləın şəkildə (düz, qıvrım) bağlama üsulu ilə saç şəklini uzun zaman dəyişdirə bilən bir üsuldur.
  • Buna görə də belə əməliyyatların peşəkar şəxslər tərəfindən aparılması daha məqsədəuyğundur.
  • Ancaq belə əməliyyatların ildə bir dəfədən çox həyata keçirilməsi saçlar üçün xüsusilə ziyanlıdır.
  • Kimyəvi üsulla saçlara şəkil ve-rilməsi tez-tez təkrarlandıqda saçlar zədələnir.
  • Zədələnən saçları aşınma meydana gələn hissədən kəsmək lazımdır.
  • Əks halda saç daima qopacaq və saç uzanmasına mane olacaqdır.

• Krepe:

  • Çıxma istiqamətinin əksinə tərəf darayaraq saçın qabardılması ha-disəsidir.
  • Bu zaman saçın üst his-səsini əmələ gətirən təbəqənin deformasiyası meydana gəlir.
  • Saç zaman keçdikcə zərər görməyə başlayır.

• Tez-tez rəng dəyişdirilməsi:

  • Boyalardan istifadə etməklə saç rəngini dəyişdirmək (qara rəngdən sarıya döndərmək, sarı saçı qızılı rəng etmək və s.) üçün istifadə olunan güclü kimyəvi maddələrdən istifadə etmək saça çox ziyan verir.
  • İdeal olanı isə saçın öz rənginə uyğun rənglərdən müəyyən fasilə-lərlə istifadə etməkdir.
  • Saçlarının rənglənməsi nəticəsində quruyaraq qırılmasından şikayət edən insanlar ən tez 4-6 ayda bir saçlarını rəng-lənməlidirlər.
  • Boyalı saçlarda yüksək miqdarda nəm itkisi baş verir.
  • Bu səbəbdən də həftədə 1-2 dəfə saç qidalandırıcı maskalardan istifadə etmək çox faydalıdır.

 

• Saçlarda qaynaqdan istifadə:

  • Saçın daha qalın görünməsi üçün istifadə olunan üsullardan biri də saçların qaynaq edilməsidir.
  • Qaynaq zamanı saçlar çəkildiyi üçün saçda qırılmalar müşahidə olunur.
  • Xüsusi ilə zəif saç quruluşu olan insanlar bu üsuldan uzun zaman istifadə etdikdə saç tökülmələr ilə nəticələnə bilər.

 

• Saçı davamlı olaraq çəkib sıx toplamaq:

  • Saçı davamlı olaraq çəkib yığmaq ilk zamandan başlayaraq qırılmalar əmələ gətirir.
    Saçın normal şəraitdə yüksək dayanıqlığa malik olan lif quruluşu var.
  • Ancaq müxtəlif düzgün olmayan üsullardan istifadə edilməsi nəticə-sində saç incələ, asanlıqla köhnəlib qırıla bilər.
  • Bu da öz növbəsində çoxlu saç itkisi ilə nəticələnir.

 

Saç və qidalanma əlaqəsi:

  • Saçda olan müxtəlif problemlərin düzgün qidalanmamanın nəticə-sində də əmələ gələ bilər.
  • Saçın lazımi miqdarda zülal ala bilməməsi nəticəsində incəlməsi, qırılması ki-mi hallar tez-tez müşahidə olunur.
  • Bu zaman saç telləri ən zəif dartma zamanı asanlıqla qırıla bilər.
    • Zülal azlığı,
    • Dəmir çatışmamazlığı səbəbi ilə qan azlığı,
    • Sink, B12, biotin azlığı,
    • Sağlıqsız saç dərisi, tıxanmış folluküller saçların sağlam quruluşunu pozar, saç canlılığını itirər, şəkil al-maz hala gələr, incəlmələr baş verə bilər.

 

Sağlam saçlara sahib olmaq üçün nə etmək lazımdır?

  • • Saç nəm halda daranaraq formaya salınmalıdır.
    • Maşa ilə saça şəkil vermək yerinə aradabir biqudidən istifadə etmək daha məqsədə uyğundur.
    • Düzləşdiriciləri hər gün istifadə etmək yerinə, saçı fırça ilə formaya salmaq daha əlverişlidir.
    • Saçları tez-tez yumaq lazımdır.
  • Yuduqdan sonra saçlara nəmlik və zülal verən qidalandırıcı maskalardan istifadə etmək saçı sağlamlaşdırır.
    • Saçın təbii rənginə yaxın boyalardan istifadə etmək lazımdır.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir