Sağlam və gözəl dırnaqlara sahib olmanın yolları

Sağlam və gözəl dırnaqlara sahib olmanın yolları

tirnaklar-icin-temizlik-ve-bakim-tuyolari-616x356

Sağlam və gözəl dırnaqlara sahib olmanın yolları

Sağlam və gözəl dırnaqlara sahib olmanın yolları

  • Sağlam və gözəl dırnaqlara sahib olmaq  qadın və kişi üçün çox önəmlidir.
  • Bunun üçün də dırnaq təmizliyinə əməl etmək çox vacibdir.
  • Düzgün təmizlik və qulluq etmədikdə dırnaqlarınızın sağlamlığı və görüntüsü pozula bilər.
  • Dırnaqlara gigiyenik qulluq etmək bəzi dırnaq xətəliklərinə yoluxmaqdan qoruyar.
  • Davamlı nəmli qalan dırnaqların keyfiyyəti pozlar.
  • Duş alandan sonra bədəninizin hər yeri kimi dırnaqlarınızı da qurulayın.
  • Əks təqdirdə dırnaqlarınız tez qırılar və forması pozula bilər.
  • Davamlı su ilə işləyərkən əlcək geyinməli, yaxud da nəmləndirici kremdən istifadə etmək lazımdır.
  • Buna görə də dırnağınızı çox uzatmadan kəsin.
  • Əgər uzun dırnaqdan xoşlanırsınızsa dırnaqarası təmizliyini gecikdirməyin.
  • Bunun üçün dırnaq fırçası və ya qulaq çöpü isifadə edə bilərsiniz.
  • Dırnaqlarınızı nəmləndirməyi unutmayın.
  • Sağlam dırnaqlara sahib olmaq üçün duş aldıqdan sonra əlləriniz kimi dırnaqlarınızı da nəmləndirin və masaj edin.
  • Dırnaqılarınızın qırılmasına bədəninizdə olan çatışmamazlıqlar  və yaxud da dırnaqlarınızın susuz qalması səbəb ola bilər.
  •  O zaman qidalanmanıza  diqqət edin və davamlı olaraq qidalandırıcı kremlərdən istifadə edin.
  • Dişlərdə olduğu kimi dırnaq rəngi də adamdan- adama dəyişir.
  •    Ancaq bəzi faktorlar da dırnağınızın saralmasına səbəb ola bilər.
  • Məsələn, nikotin, keyfiyyətsiz dırnaq lakları, asetonlar da dırnaq saralmasına  səbəb ola bilər.
  • Saralmanın qarşısını almaq çox sadədir.
  •  Bir limonu ikiyə bölün və  dırnaqlarınızın saralan yerlərinə sürtüb  10 dəqiqə qədər gözləyn.
  • Sonra isə su ilə ovuşduraraq təmizləyin.
  • Dırnağınız sınarsa heç vaxt onu dişlərinizlə təmizləməyə çalışmayın.
  • Kiçik bir qayçı vasitəsi ilə sınmış dırnaqlarınızı təmizləyin.
  • Yanınızda hər ehtimala  qarşı bir törpü daşımağınız daha məqsədəuyğun olardı.
  • Dırnağınızda qırılma və qopma kimi vəziyyətlər olduğu zaman törpüdən istifadə edə bilərsiniz .
  • Beləliklə  də dırnağınızın daha çox zədələnməsinin  qarşısını ala bilərsiniz.
  • Tərkibində spirt olan asetonlar dırnağın yağ düzənini pozur.
  • Bu vəziyyət isə dırnaqlarınızın gücsüz və qırılan olmasına səbəb  olur.
  • Buna görə də  spirt tərkibli asetonlar istifadə etməməyə çalışın.
  • Ayaq dırnaqlarınızın təmizliyi və baxımı üçün ən uyğun zaman hamamdan sonradır.
  • Əgər hər hansı bir zamanda ayaq dırnaqlarınıza baxmaq istəyirsinizsə  mütləq ayaqlarınızı ilıq suya qoyun.
  • Bunun  üçün ləyəni ilıq su ilə doldurun və içərisinə bir qaşıq duz atın.
  • Duzlu ilıq suyun içərisində ayaqlarınızı 10 dəqiqəyə yaxın  saxlayın ki, ayaq dəriləriniz yumşalsın.
  • Əl dırnaqlarında olduğu kimi ayaq dırnaqlarınızın da ətlərini  taxta çubuqla geri itələyin.
  • Bu metod dırnaq ətlərini kəsməkdən daha asan və qorxusuzdur.
  • Çox sərt olan baş barmaq dərilərini kəsərək təmizləyə bilərsiniz.
  • Ayaq dırnaqlarınızı kəsərkən yan tərəflərini heç vaxt içə doğru kəsməyin.

dirnaq9

  • Belə kəsərsinizsə  dırnaq batması problemi yaşaya bilərsiniz.
  • Əl və ayaq dırnaqları üçün istifadə olunan qayçılar çox fərqlidir.
  • Buna əməl etməyə çalışın.
  • Sağlam dırnaqlara sahib olmanın ən önəmli yolu düzgün və normal qidalanmadır.
  • Dırnaqlarda olan  keratin quruluşu  dəmir, kalsium  kimi elementlərə ehtiyac duyur.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir