Sağlamlıq üçün faydalı bitki

Sağlamlıq üçün faydalı bitki

 

saglamliq-ucun-faydali-bitki

saglamliq-ucun-faydali-bitki

 Sağlamlıq üçün faydalı bitki

  • Latınca adı Laurus nobilis olan bu ağac ölkəmizdə Dəfnə ağacı deyə tanınır.
  • Dəfnəgillər ailəsindən olan Laurus növünə aid olan bitki növlərinin ortaq bir adıdır.
  • Dəfnə  hər zaman yaşıl bir ağaçdır.
  • Yazda  və qışda yarpaqlarını tökmür və həmişəyaşıldır.
  • Aromatik bir bitki olan dəfnənin ətri çox xoşdur.
  • Dəfnə yarpağı yeməklərə ləzzət verməklə bərabər,  sağlamlıq üçün də çox faydalıdır.
  • Dəfnə yaprağı(Lauri folium) çay və natural dərmanlar hazırlayarkən istifadə olunur.
  • Dəfnə yarpaqlarından Avropada kosmetika  və dərman sənayəsində istifadə olunur.
  • Yarpaqlarını tökmədiyi üçün hər zaman yarpaqlarını toplamaq imkanı olsa da , ancaq may və oktyabr aylarında toplamaq daha çox faydalıdır.
  • Meyvələri əvvəlcə yaşıl, daha sonraları qara bir rəng alır.
  •  Dəfnə bitkisindən əldə edilən uçucu efir yağlarından tibdə və kosmetika sənayesində istifadə edilir.
  • Dəfnə meyvələrindən əldə edilən dəfnə yağı antiseptik xüsusiyyətə malikdir.

Dəfnə yarpağının faydaları:

  • Mikrob  öldürücüdür.
    Sidik qovucudur.
  • Tərlədicidir.
  • Spazmanı aradan qaldırır.
    Ağrı kəsici  effektə sahibdir.
  • Dəfnə yarpaqlarından hazırlanan  vanna romatizma ağrılarına, əzələ yorğunluğuna  çox yaxşı təsir edir. 3 ovuç dəfnə yarpağını 1 litrə qaynar suda 5 dəqiqə vam odda  qa
  • ynatdıqdan sonra bu suyu , ilıq  su dolu ləyənə əlavə edirlər.
  • Bu vannadan ən azı 30 dəqiqə istifadə etmək olar.
  • Dəfnə yağı dəfnə ağacının zeytuna bənzəyən meyvəsindən alınır və bundan hazırlanan sabun isə dəri sağlığı üçün istifadə olunur.
  • Dəfnə yağı yağ turşuları və efir yağlarından əmələ gəlir  və çox güclü antioksidant , antiseptikdir.
  • Dəfnə yağı ən çox saç tökülməsində istifadə olunur.
  • Saç tellərini gücləndirir.
  • Kəpəklənməni azaldır.
  • Romatizma rahatsızlıqlarında masaj etmək üçün istifadə olunur. Sədəf və ekzemada istifadə olunan bitki tərkibli  kremlərin tərkibində də dəfnə yağı vardır.
  • Dəfnə yağının  spazma yanğılarına yaxşı  təsiri vardır.
  • Dəfnə yağından sabun hazırlamaq üçün də istifadə olunur.
  • Dəfnə sabununun faydaları:
    Saçları bəslər, yumşaqlıq  və parlaqlıq verir.
  • Dəfnə sabunu antiseptik və nəmləndirici təsirə malikdir.
  • Düzgün istifadə etdikdə saçda olan kəpəyin və göbələyin qarşısını alır.
  • Normal dəfnə sabununun özünə məxsus iyi vardır.
  • Açıq qəhvəyi və yaşıl rəngdədir .
  • Dəfnə yağlı sabun dəri gözəlliyi üçün istifadə olunur.
  • Quru dərini nəmləndirir.
  • Göbələk, ekzema, dəri xəstəlikləri zamanı istifadə olunur.
  • Dəfnədən istifadə edərkən nəyə diqqət etmək lazımdır?
  • Hamilələrin istifadə etməsi təhlükəlidir. Zəhərli dəfnə növləri də vardır.
  • Ona görə də istifadə zamanı ehtiyatlı olmaq lazımdır.
  • Yabanı dəfnə, Ərəbistan dəfnəsi kimi növləri zəhərlidir.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir