Sodanın faydaları

Sodanın faydaları

sodanın faydaları

sodanın faydaları

Sodanın faydaları

 Hər bir evdə tapılan sodanın çox fərqli istifadə etmək mühitləri vardır.

 Soda elə bir maddədir ki, nə sağlığa faydalarını saymaqla qurtarmaq olmaz, nə də yaşamaq üçün istifadə olunan mühiti…..

Bəzən bir çox  təsirli bir dərmana bənzəyir, bəzən də çox təsirli bir yuyucu vasitə, bəzən otağın havasını təmizləyən bir otaq spreyi, bəzən də ən təsirli kosmetik məshul…..

Soyuducuda olan pis iyləri aradan qaldırmaq üçün:

  • 1 kasa sodanı soyuducunun bir küncünə qoyun  və 4-5 gün keçəndən sonra qarışdırın.
  • Tərəvəz və meyvələri qoruya biləcək xüsusiyyəti vardır.

Siqaret iyini aradan qaldırır:

  • Soda və sirkəni qarışdırıb otağın bir küncünə qoyun .
  • Bu otaqda olan iyi aradan qaldıracaqdır.

Xalıda olan iyi aradan qaldıra bilir:

  • 1-2 ovuc  sodanı  xalının hər tərəfinə  səpin   və 1-2 saat gözlətdikdən  sonra tozsoran ilə  süpürgəsi ilə  süpürün.

Diş təmizliyi və diş parıldatma:

  • 2 gündə 1 qaşıq soda ilə  yavaş bir şəkildə dişlərinizi fırçalayın.
  • Bu suya 2 damcı  çiyələk suyu da əlavə edə  bilərsiniz.

 

Saç təmizliyində:

  • Jele və sprey istifadə etdikdən sonra saç təmizliyində orta boy bir şampuna 1 çay qaşığı soda qarışdıraraq saçınızı yuyun.

Badamcıqların iltihabında:

  • 1/2  çay stəkanı suya 1 çay qaşığı soda əlavə edib qarqara etməklə badamcıq iltihabına son qoya bilərik.

 Parlaq və və canlı bir cild üçün:

  • Üz təmizləmə kreminin içərisinə 1/2 çay  qaşığı soda qarışdırıb cildinizə 2-3 dəqiqə yavaşca masaj edin.

Yağ ləkələrində:

  • Yağ ləkələrinin üzərinə soda tökün və bir az isladın.
  • Bir iki saat gözlədikdən sonra soda tökdüyünüz sahəni silin.

Mətbəxdə olan  müsluq borularını  açmaq üçün:

  • 1 su stəkanı sodanı musluğa tökün və üzərinə 1 stəkan sirkə ələavə edin və ardından da 2 litr qaynamış su əlavə edib musluğu boşaldın.

Musluq təmizliyində:

  • Musluğa sodanı töküb limonla ovun .
  • Sodanın həm də parıldadıcı təsir vardır.

Dırnaq baxımnda:

  • 1 kasa ilıq suyun içərisinə 1 çay qaşığı soda əlavə edib əllərinizi 15 dəqiqə həmən suyun içərisində saxlayın.  Bu zaman dırnaq dibləri çox yumşaq olacaqdır.

Paltaryuyan maşnada:

  • Paltaryuma tozunu yarı yarıya azaltmaq üçün içərisinə soda əlavə edərək  daha sağlam bir şəkildə paltarları yuyarsınız.

Tər iyini aradan qaldırmaq üçün:

  • Hamamdan sonra yarım çay qaşığı sodanı qoltuqaltına vurun   və ovxalayın.
  • Qoltuqaltından tər iyi gəlməyəcəkdir.

 

Rütubət və kif iyi üçün:

 

  • Dolabın bir küncünə ağzı açıq bir qabda soda qoyun.
  • Bu naftalin sevməyənlər üçün çox yaxşı təsir bağışlayar.

Çaynik və termos təmizliyi  üçün:

  • 2 qaşıq sodanı çaynikin içərisinə atın və üzərinə qaynamış su əlavə edin.
  • 1-2 saat saxladıqdan sonra yuyun.
  • Çaynik və termos tərtəmiz olacaqdır.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir