Südəmər uşağın qidalanması

Südəmər uşağın qidalanması

Südəmər uşağın qidalanması

Südəmər uşağın qidalanması

Uşağın ilk 6 ayı üçün ən yaxşı qida ana südüdür. Ana südü uşağın inkişafına, böyüməsinə çox təsir edir. Körpənin  qüvvətli əmməsi ilə süd artar. Körpənin əmməkdə çətinlik çəkməsi süd gəlişini azaldır. Həmçinin yorğunluq və üzüntü də süd gəlişini azaldır.

AĞIZ SÜDÜ
Doğumdan sonra ilk 3-4 gündə gələn südün miqdarı az, rəngi tünd limon sarısı və konsistensiyası qatıdır. Bu süddə zülalın miqdarı daha çoxdur. Bu zülalın əsas hissəsi mikroblara qarşı körpəni qoruyan immunitet hüceyrələri
və anticisimlərdən təşkil olunmuşdur. Buna ağız südü (bulama) deyilir.

ANA SÜDÜNÜN ÜSTÜNLÜKLƏRİ
-Tərkib və keyfiyyət baxımından körpənin böyümə sürətinə uyğundur.
-Körpəyə zərər verən elementlər ana südündə ən az səviyyədədir.
-Ana südünün tərkibində mikroblara qarşı qoruyucu elementlər vardır.
-Ana ilə körpə arasında sevgi münasibətinin qurulmasını gücləndirir, hər ikisinin ruh sağlamlığının qorunmasına köməkçi olur.
-Süd əmizdirən qadınlarda döş xərçənginə yoluxma riski azdır.
-Rahat həzm edilir və həzm etmədə itki olmur.
-Allergik deyil.
-Sərfəlidir.
-Təmiz və mikrobsuzdur.
-Həmçinin də ayrıca hazırlamaq tələb etmir.

ƏLAVƏ QİDALARA BAŞLAMA

MEYVƏ SULARI VƏ ƏZMƏLƏR
Tərkibi C vitamini ilə zəngin olan ən uyğun meyvələr alma, sitrus bitkiləri və pomidorlardır.
Alma sitrus bitkilərindən daha az allergik təsirə malik olduğundan təzə başlayanda alma şirəsi verilir, daha sonra fəslinə uyğun meyvə şirəsi və əzməsi verilir. Meyvə ilk öncə yaxşı yuyulduqdan sonra suyu sıxılır. Gündə bir çay qaşığı
ilə başlamaqla getdikcə artırılır. Meyvələr sıxıldıqdan dərhal sonra saxlamadan körpəyə verilir. Lakin ana südü ilə qidalananlara 4-6 ayında, qarışıq qidalananlara isə ilk aydan verilməyə başlanır. Altıncı ayda meyvə əzilərək verilir.

VİTAMİN-D 
Xüsusilə qış aylarında və günəş şüalarından faydalanmayan körpələrə 1 ayından 3 yaşına qədər gündə 400 I.U vitamin D verilir.

QATIQ
Qatıq ana südündən sonra ilk başlanan əlavə qida olmalıdır. İlk dəfə bir qaşıq verilərək miqdarı getdikcə artırılır.

TAXILLAR 
Düyü unu, buğda unu, düyü, yarma qatıqla şorba hazırlanaraq verirlir.

YUMURTA
Qatıq, meyvə, taxıllı bitkilər və tərəvəz şorbasına alışdırılmış uşağa suda möhkəm bişmiş yumurta  sarısından bir çay qaşığı verilir və miqdarı getdikcə artırılır. Yumurta tərəvəz şorbasına qarışdırılaraq verildiyi kimi, çörək arası və südlə də qarışdırılaraq verilə bilər.
ƏT VƏ QURU PAXLAKİMİLƏR
Qatıq, tərəvəz, meyvə və taxıl tərkibli qidalarla bəslənmiş körpəni tərəvəz şorbasına qatılmış qıymaya da alışdırmaq lazımdır. Tədricən toyuq və balıq ətini də tərəvəz şorbasına qatıb körpəyə vermək olar. Qiymə yerinə tərəvəz
şorbasına sarı-qırmızı mərci, bişmiş noxud da əlavə edərək, körpəni bu qidalara da alışdırmaq olar.

Südəmər uşağın qidalanması

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir