Ultrabənövşəyi şüaların gözlərə təsiri

Ultrabənövşəyi şüaların gözlərə təsiri

Ultrabənövşəyi şüaların gözlərə təsiri

Ultrabənövşəyi şüaların gözlərə təsiri

Günəş eynəkləri müasir dövrümüzdə günəş şüalarının gözqamaşdırıcı təsirindən qoruma, eyni zamanda da dəbli bir aksessuar olaraq istifadə olunmaqdadır. Lakin günəş eynəklərinin əsas vəzifəsi gözləri günəşin ultrabənövşəyi şüalarından qorumaq, əmələ gətirə biləcəyi ciddi göz xəstəliklərinin qarşısını almaqdır.

Ultrabənövşəyi şüalar gözlə görünməyən düz xət boyunca yayılır. Və ultrabənövşəyi A (UBA), ultrabənövşəyi
B (UBB), Ultrabənövşəyi C (UBC) şüalar olmaqla 3 qrupa bölünürlər. Bu şüalardan ultrabənövşəyi C şüaları atmosfer  təbəqəsi tərəfindən mənimsənildiyi üçün yer kürəsinə gəlib çatmırl və göz üçün ciddi bir problem törətmirlər. Ultrabənövşəyi C şüalarından fərqli olaraq ultrabənövşəyi A və B şüaları göz üçün olduqca təhlükəlidirlər. Son illərdə ozon (O3) təbəqəsi nazikləşdiyi üçün ultrabənövşəyi şüaların gözlərə təsiri olduqca artmışdır.

Ultrabənövşəyi şüaların gözlərə təsiri: 
Ultrabənövşəyi şüaların gözlərə təsiri qısamüddətli və uzunmüddətli olmaqla 2 qrupa bölünür.
Günəşli bir gündə uzun müddət günəşin ultrabənövşəyi şüalarının təsirinə məruz qaldıqda gözlərdə eynilə dəridə olan yanığı xatırladan zədələr əmələ gəlir. Bu hal isə infeksiyaların gözdə yayılması üçün şərait yaradan faktordur.
Ultrabənövşəyi şüaların təsirinə uzunmüddət məruz qalmanın ən böyük mənfi təsiri görmə itkisinə səbəb olan niakula
(sarı nöqtə) və katarakt kimi ən önəmli xəstəliyi əmələ gətirməsidir.

Ətraf mühit:
Ultrabənövşəyi şüaların təsiri qarda, qumda, suda daha çoxdur.

Yüksəklik: 
Dəniz səviyyəsinə görə yüksəklik artdıqca, ultrabənövşəyi şüaların da təsiri artır.

Coğrafi Paralel:
Ultrabənövşəyi şüaların təsiri ekvatora yaxınlaşdıqca daha da artır.

Xarici mühitdə qalma müddəti:
Günəşin təsirinə uzun müddət məruz qaldıqda ultrabənövşəyi şüaların gözlərə təsiri daha da artır.

Göz və dəri rəngi:
Açıq rəngli dəriyə və açıq rəngli gözlərə malik insanlar ultrabənövşəyi şüalara daha çox məruz qalırlar

Günün saatları:
Ultrabənövşəyi şüalar ən çox saat 10 ilə 16 arasında təsir edir.

Fəsillər:
Ultrabənövşəyi şüalar yaz və yay aylarında daha çox, payız və qış aylarında isə nisbətən daha az təsir göstərir

İstifadə edilən dərmanlar:
Tetrasklin, Doksisiklin kimi dərmanlar göz və dərinin işığa qarşı həssaslığını və bununla birlikdə ultrabənövşəyi şüaların da mənfi təsirini artırır.  Günəşin göz üzərində yuxarıda da sadaladığımız zərərlərini nəzərə alaraq kiçik yaşlardan etibarən hər bir fərdin günəş gözlüyü istifadə etməsi zəruriyyəti yaranmışdır. Günəş gözlüklərindən
istifadə xüsusi ilə ultrabənövşəyi şüalar üçün riskli mühitlərdə daha da əhəmiyyətlidir.

Ultrabənövşəyi şüaların gözlərə təsiri

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir