Ürək sağlığı və qidalanma

Ürək sağlığı və qidalanma

Ürək sağlığı və qidalanma

Ürək sağlığı və qidalanma

Qanda xolesterol səviyyəsinin yüksək olması ürək xəstəliklərinə yol açan faktorlar arasında ən önəmlisidir. Yüksək xolesterolu olan şəxslərdə ürək xəstəliyi irəliləməyə başlayır və ürək infarktı riski artır.

Ürək infarktına təsir edən amillər:

Aldığımız yağların miqdarı, yağ turşuları arasında olan ziddiyyətlər, yağın istifadə qaydası, pəhriz zamanı antioksidant tərkibi və qidalanma zamanı alınan xolesterolun miqdarı.

Xolesterolun bədənİmİz üçün əhəmiyyəti 
Qan xolesterolu səviyyəsindəki dəyişikliklər ürək xəstəliklərinin əmələ gəlməsində mühüm rol oynayır. Qanda xolesterolun yüksək olması ürək xəstəliklərinə yol açan amillər arasında ən önəmlisidir. Yüksək xolesterol səviyyəsinə malik olan insanlarda ürək infarktı riski artır.

Necə ola bilər ki, yüksək xolesterol ürək xəstəliyi yaradar?
Qanda xolesterol artdığı zaman arterial damarların divarlarında həddindən çox xolesterol yığılmış olur. Damarın iç divarına yığılan xolesterol damarlarda qanın dövranını zəiflədir. Beləliklə ürək ritmi azalır və damarlarda tıxac əmələ gətirir. Bildiyimiz kimi ürəyə oksigen qanla daxil olur. Ürəyə gedən oksigen və qan həcminin azalması nəticəsində köks ətrafında bir ağrı hiss edilir. Bu vəziyyət uzun zaman davam edərsə nəticədə ürək infarktı meydana çıxar.

Xolesterol səviyyəsinin dəyəri nə ifadə edir?
20 yaş və sonrakı yaş dövrlərində hər kəs ildə bir xolesterol səviyyəsini yoxlatmalıdır. Ən yaxşısı isə qanda xolesterolun “lipoprotein profili“ olaraq təyin edilməsidir. Düzgün nəticəni əldə etmək üçün yemək yedikdən 9-12 saat sonra acqarına test edilməlidir. Testin belə olması bizə aşağıdakıları bilməyə imkan verir.

Ümumi xolesterol
LDL (pis) xolesterol: arterialara yığılaraq fəsad törədən xolesterol.
HDL (yaxşı) xolesterol: yəni arterial damarlarda yığılanları təmizləməyə çalışaraq damar sağlığını qoruyan xolesterol.
Aşağıdakı cədvəl xolesterol dəyərlərinin nəyi ifadə etdiyi göstərir:
Xolesterol səviyyələri hər desilitrə (1/10 litrə) qanda xolesterolun milliqram dəyərindən ölçüsünü göstərir.
HDL (yaxşı) xolesterol səviyyəsinin 40 mg\dl-ın altında olması, ürək xəstəliklərinin əmələ gəlmə riskinin olduğunu, HDL xolesterol səviyyəsinin 60 mg\dl və daha çox olması isə ürək xəstəliyinə yaxalanma risqinin az olmasını göstərir.
Triqliseritlər də xolesterol kimi ürək xəstəliyinin yaranma-sına səbəb olur. Qanda triqliseridlər 150 mg\dl -in altında olmalıdır. Triqliserid miqdarı 150-199 mg\dl arasında olduğu təqdirdə xəstə, mütləq müalicə olunmalıdır.

FƏRDİN ÖZÜNƏ BAĞLI AMİLLƏR
Pəhriz: Xolesterol əmələ gətirən qidalar və doymuş yağ tükətildikdə qanda xolesterol səviyyəsi artır. Qanda xolesterolun artmasında qidaların tərkibində olan xoleste-rol faktorlarının olması da səbəb ola bilər. Araşdırmalar göstərir ki, pəhriz zamanı doymuş yağ və tərkibində xolesterol faktoru olan qidaların tükətilməsinin azaldılması, qanda xolesterol səviyyəsinin düşməsinə səbəb olur.
Bədən ağırlığı: Kökəlmək ürək xəıstəlikləri baxımından çox risqlidir. Bədən çəkisi artdıqca qanda xolesterol səviyyəsi də artmış olur. Arıqlamağa başladıqda pis xolesterol səviyyəsində azalma, yaxşı xolesterol səviy-yəsində isə artma müşahidə olunur.
Fiziki fəallıq: Fiziki fəallığın zəif olması, ürək xəstəlikləri risqini artırır. Düzgün fiziki fəallıq nəticəsində pis xolesterol azalır, yaxşı xolesterol isə artır. Məşqlər nəticəsində isə kilo itirmiş olursunuz. Hər gün ən az 45 dəqiqə piyada gəzmək ürək sağlamlığına müsbət təsir edir.

Fərdin özünə bağlı olmayan amillər.
Yaş və cinsiyyət:
Qadın və kişi yaşlandıqca qan xolesterolu səviyyəsində artmalar müşahidə olunur. Menapauzadan əvvəl qadınlarda eyni yaşdakı kişilərə nisbətən ümumi xolesterol səviyyəsi düşərkən, menopauzadan sonrakı dövrdə qadınlarda pis xolesterol səviyyəsi artmağa başlayır.

İrsiyyət:

Genetik olaraq bədənimizin nə qədər xolesterol istehsal edəcəyi kodlanmışdır. Qan xolesterolu yüksək olan ailələrin digər nümayəndələrinin də xolesterol profilini dəyərləndirməsi lazımdır. Çünki ailədə olan qan xolesterolu yüksəkliyi bəzən genetik olaraq keçici də ola bilər.

Yüksək xolesterolun müalicəsi necə aparılır?
Xolesterol səviyyəsinin aşağı salınması, pis xolesterol miqdarını olduqca aşağı salınması deməkdir. Pis xolesterol səviyyəsinin aşağı düşməsi isə ürək xəstəliyi risqini azalması deməkdir. Bunun üçün kilonu normal səviyyədə saxlayaraq, davamlı olaraq fiziki fəaliyyətdə olmaq, xolesterol düşürücü pəhrizə riayət etmək lazımdır.
İkinci müalicə isə dərmanla müalicədir.
Onu da qeyd etmək lazımdır ki, xolesterolu yüksək olan hər bir şəxsin dərman müalicəsinə başlaması vacib de-yildir. Dərmanı müalicəsinə başlamaq üçün xolesterol səviyyəsi dərman istifadə etməyə ehtiyac duyulacaq qədər yüksək olmalıdır.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir