Ürək üçün faydalı bibər

Ürək üçün faydalı bibər

Ürək üçün faydalı bibər

Ürək üçün faydalı bibər

Bibər mədəni oyandırır, mədə ifrazatını artırır, iştahanı açır və həzmi asanlaşdırır. Sidik ifrazatını artırır. Soyuqdəymələrin ilk göstəricisi hiss olunduqda bibər qəbul etmək xeyirlidir.

Çox miqdarda qəbul edilən acı bibər mədə və bağırsaqlarda təhrifata yol aça bilər, həttaa böyrəklər və qaraciyərin narahatlığına səbəb ola bilər.
Badımcan ailəsindən olan yaşıl bibər C vitamini ilə zəngindir. Hər nə qədər bütün mövsümlərdə tapılsa da qarşımızdakı aylar körpə bibərləri qəbul etməyin əsl zamanıdır…

Yeməklərə və salatlara dad qatan bibər eyni zamanda tiamin, nikotin, fol turşusu, maqnezium, A vitamini, K vitamini, B6 vitamini və kalsiumla da çox zəngindir.
Avstraliyadakı Tasmaniya Universiteti mütəxəssislərinin apardığı araşdırmaya görə qırmızı acı bibər, ürək sağlığına  və yuxusuzluğa yaxşı təsir göstərir. 10 nəfərlik  bir könüllü qrup üzərində 18 ay araşdırma edən elm adamları bir qrupa gündə 15 qram qırmızı acı bibər verdikləri halda, digər qrupa verməyiblər. Araşdırmanın nəticə raportuna
görə: “Qırmızı acı bibərin qəbulu sayəsində yaxşı bir yuxu çəkə bilərsiniz. Yaxşı bir yuxu da ürək sağlığına müsbət təsir göstərir. Bibər, hər gün mütəmadi olaraq  qəbul edilməli olan lazımlı bir qidadır”.
Onu da qeyd edək ki, qırmızı acı bibərin tərkibində bol miqdarda olan “capsaicin” adlı maddənin  oynaq iltihabı ağrılarını azaltdığı labaratoriya testləri ilə də sübut olunub.

Ürək üçün faydalı bibər həm də C vitamini ilə zəngin bir bitkidir

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir