Uşağınız artıq nə yeməli?

Uşağınız artıq nə yeməli?

bebek qidalanmasi

Uşağınız artıq nə yeməli?

Uşağınız artıq nə yeməli?

  •  Körpəniz böyüdü.
  • Artıq əlavə qidalara keçməyin vaxtı gəlib də keçir.
  • Bəs onda balaca nəyi necə yeməlidir?
  • Keçiş dönəmini elə adlatmaq lazımdır ki, sonradan bir problem olmasın.
  • Günlərimiz göz açıb yumana qədər keçib gedir.
  • Dünənki körpə artıq bu gün yeriyir.
  • Yemək yeyərkən sizi təqib edir, bəzən çəngəl -bıçağa da əl atmağa çalışır.
  • Siz analar da onalara qarşı laqeyd qala bilmirsiniz və tamahı getdi deyərək yediyinizdən vermək istəyirsiniz.
  • Çox da tələsməyin .
  •  özünüzü sakitləşdirin  və   tələsik qərar verməməyə çalışın.
  •  0-6 ay arasındakı körpələrin sadəcə ana südü ilə bəslənməsi gərəkdiyini unutmayın.
  • Əgər aylıq kilo alma sürəti  minimumun altına enərsə, həkimin məsləhəti ilə süni südə də keçə bilərsiniz.
  •  Aylık minimum artım elmi olaraq 0-3 ay arasında ayda ən az 600 qram, 4-6 ay arasında isə ayda ən azından  400 qram olmalıdır.
  • Bu dəyərlərin altında olduğu zaman körpənin başda sidik kanalı olmaqla bir xəstəlik yoxdursa əlavə süd və əlavə qidaya başlamaq olar.
  • Fərqli dadları 4 aydan əvvəl öyrətməməyə çalışın!
  •  Bir çox valideyinlər , xüsusi ilə də nənələrin təzyiqi ilə körpələrə alma, armud, tərəvəz suları  içməyi  öyrətməyə çalışırlar.
  • Xüsusən 3 aydan sonra körpələrdə görmə məsafəsi bir az artır.
  • Yemək yeyərkən ata- ananın əlindəki qaşığı, çəngəli təqib edir, yeməyi ağzına götürəndə udqunur və s. hərəkətlər edir.
  • Bunu görən valideyinlər isə uşağın tamahı düşdü deyərək yeməyin sularından körpəyə verirlər.
  • Körpə  bu yeməklərin dadını yadda saxlayır və irəli yaşlarda ona hazırlanan tərəvəz püresini, tomatsız, duzsuz hazırlanan yeməkləri sevmir və  ona ləzzətsiz gəlir.
  • Bu üzdən də başını o tərəf bu tərəfə çevirib yemək istəmir.
  •  Valideyinlər körpələrini öz əlləriylə iştahasız edirlər.

    Ana südü yetmirsə…!

  • Dörd aydan kiçik körpələrə əlavə qida vermək lazımdırsa sadəcə əmziklə süd verilməlidir.
  • Çünki 4 aydan kiçik uşaqlarda bağırsaq və pankreasda əlavə qidaları həzm edə bilmək üçün fermentlər hələlik formalaşmayıbdir.
  • Yeməyi verdiyiniz zaman sevərək yesə belə, körpəniz hansı  ayda nəyi yemək lazım olduğunu bilmir.
  • Körpə istənilən yeməyi , hətda kolanı da sevə bilər,  amma onun üçün doğru olanı siz bilirsiniz.
  • Buna siz diqqət etməlisiniz.Kritik keçid dövrü.

    4-6 ayda nə verilməli?

  • Bu zaman təcili qərarlar verməmək lazımdır.
  • Əslində ilk dəfə meyvə sularından başlamaq lazımdır.
    Ancaq meyvə sularının ləzzətini alan körpəni tərəvəz pürəsinə alışdırmaq  zor ola bilər.
  • Bu üzdən də körpənizə 4.5-5 ay aralığına qədər qaşıq ilə yemək verə bilərsiniz.
  • Bu arada isə tərəvəz pürəsinə başlaya bilərsiniz.
  • Tərəvəz pürəsinə alışar- alışmaz meyvələri əlavə edə bilərsiniz.
  • Bu arada körpələr həm tərəvəzin ləzzətsiz dadına  , həm də başqa qidalara daha rahat alışarlar.Nə kimi çətinliklərlə qarşılaşa bilərsiniz?
  • 4 aylıq olana qədər körpələrə qaşıqla ağızlarına veriləni refleks olaraq dilləri ilə itələyirlər.
    Bəzi  körpələrdə isə bu refleks dörd  aydan sonra da davam edər və  qaşıqla verilən qidanı  itələdiyi üçün  analar da körpənin həmin qidanı sevmədiyini düşünürlər.
  •  O isə  bu, körpənin davam edən bir refleksi ola bilər.
  •  Bu zaman bir daha (körpə bir az daha inkişaf edənə qədər məsələn 7-10 gün) əmziklə bəslənməyə davam edilə bilir.
  •  Körpənin ağız dadının bizim  gözlədiyimizdən  fərqli  olması da qarşılaşa biləcəyimiz  ikinci problemdir. Yəni körpənin qabağı yaxud kökü sevəcəyini əvvəlcədən heç kim bilə bilməz.
  •  Bu səbəbdən də dənəmələrin köməyi ilə  körpənizin nəyi daha çox  sevdiyini öyrənə bilməyiniz mümkündür. Bəs  verilən yeməkləri  çox sevərsə .
  •  O zaman yeməyi artıracaqsınızmı?
  • Əsla olmaz! Az başlayıb  yavaş -yavaş artırmağa  başlayacaqsınız.
  • 9 aylıq olan zaman ev yeməyinə keçmək texnikası

  • Körpəniz 9-10 aylıq olduqdan sonra ev yeməklərindən verməyə başlaya bilərsiniz.
  • Uşaqların bu aylarda ata analarının yediklərini yeməyə həvəsləri olur.
  • Onun bu həvəsindən  yararlana bilərsiniz.
  • Ancaq körpəyə acılı, turşulu yeməklər verə bilməzsiniz. Yeməkləri bişirərkən ədviyyat və duz qatmazdan  əvvəl 1-2 çömçə ayıraraq körpə üçün ayrıca bişirərsiniz.
  •  Beləliklə də ev yeməklərinə alışdıra bilərsiniz.
  • Ev yeməyini çiynəyə bilməyən bir körpə üçün yeməyi çəngəllə əzərək yedirdə bilərsiniz.
  • Körpəmin artıq bir yaşı var!

    Əslində bir yaşdan sonra yemək vermək çox rahatdır.

  • Kafeinli içkilər, turşu tərkibli içkilər, şəkər, şokolad kimi yeyəcəklər verilməməlidir.
    Bir yaşından sonra qaşıq çəngəl istifadə etməyə alışdırmaq lazımdır.
  • Ailənin diğər fərdləriylə  birlikdə süfrədə oturan uşağın ayrı boşqabı olmalı, nəyi nə qədər yeyə biləcəyinə diqqət etməlidir.
    Bu yaş grupunda yetərli enerji və zülal almaqları üçün hər bir qidadan düzgün istifadə etməkləri lazımdır.Zülal,  yağ və karbonhidrat ehtiyaçlarını qarşılayan qida qrupları beş hissəyə ayrılır:
    Ət, yumurta və baklagillər:
  • Zülalın, demir və sinkin qaynağı.
  • Süd qrupu:
  • Süd, qatıq, pendir zülal və kalsiyum qaynağıdır.
  • Taxıllar:
  • Çörək, makaron, bulğur, plov, ərişdə,kartof bunlar  kompleks halda karbonhidrat qaynağıdır.
  • Tərəvəz və meyvələr:
  • Lifli qidalar,  C vitamini və fruktoza (bir meyvə şəkəri) qaynağıdır.
  • Yağlar:
  •  Hər növ bitki tərkibli  və heyvan tərkibli  yağ bu qrupda yer alır. Karbonhidratlardan iki qat artıq enerji ilə təmin edirlər.İki yaşından əvvəlcə verməyin!

  • Çiy və ya az bişmiş yumurta.
    ● Çiy yumurta ilə hazırlanan qıdalar: Başda mayonez!
    ● Təzə pendir.
    Praktik məsləhətlər.
  • İlk günlərdə tək çeşityeməklə başlayın ki, körpənizin bağırsaqları bir neçə yeni qıda ilə birdən qarşılaşmaq zorunda qalmasın.
  • Ayrıca bir neçə çeşit birdən başlanırsa ortaya çıxan əks təsirlərin hansi qıdaya bağlı olduğunu ayırd edə bilməzsiniz. Yani hər 2-3 gündə bir tək çeşit verin.
  • İkinci çeşidi birinciyə öyrəndikdən sonra verin.
    ● İlk əlavə gıdaların miqdarı çox  az olub yavaş- yavaş artırılar.
  • Məsələn: Tərəvəz pürəsi birinci gün 1-2 çay qaşığı ilə başlanır.
  • İkinci gün 3-4 şorba qaşığı, üçüncü gün 7-8 şorba qaşığı, dördüncü gün yarım kasa və beşinci gün bir kasa olaraq gedərək artırılır.
  • Bunda da məqsəd yenə bağırsaqları zorlamadan alışdırmaqdır.
  • Əlavə qıdalara başlandığı sırada körpə əgər əmzik ilə də qidalanırsa əlavə qida miqdarı artırılarkən  yavaş- yavaş əmzikdən istifadə miqdarı da azaltılır.
  • Məsələn, birinci gün 1-2 çay qaşığı tərəvəzi aç qarına  yedirdilib  üzərini  ilə əmzik ilə verilən qida ilə tamamlamaq olar.
  • İkinci gün tərəvəz daha çox əmzik daha az….
  • Beləliklə yemək 1 kasaya çatdırılır və o öynədən əmziklə  qidalanma çıxardılır.
  • Eyni yöntəmi qatığa, meyvəyə də tətbiq edə bilərsiniz.
  • İlk əlavə qidaları günorta naharında və ac qarına verin.
  •  Körpə  yeni qıdaları rədd edə bilər.
    ● Veriləcək miqdarı körpənizin öhdəsinə buraxın. “Bu aydaki körpə ən az 250 ml.yemək yeməlidir şəklində bir standart yoxdur.
  • ● Körpə öyrənmədiyi qidaları yeyərkən zorla yedirdilməməlidir.
  • Bir sürə sonra  həmin qidaya yenidən qayıtmaq lazımdır.
  • Əlavə qidanı verəndə ana yorğun olmamalı, keyfli olmalı həyəcanlı olmalıdır.
  • Çünki körpə anadakı əndişəni hiss edə bilir..
    Gülümsəyərək verilən qıdaları isə heç rədd etməzlər.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir