Uşaqlar üçün ayıcıq poaça

Uşaqlar üçün ayıcıq poaça 

Uşaqlar üçün ayıcıq poaça

Uşaqlar üçün ayıcıq poaça

Uşaqlar üçün ayıcıq poaça

Sizlər üçün    birşirin  poğaça tərifim var.

Sevgi ilə baxan gözləri , yeməyə qıyamayacağınız Ayıcıqlar.

 Lazım olan ərzaqlar:

  • Çörək otu,
  •  4-5 stəkan ələnmiş un,
  • 1 şorba qaşığı maya,
  • 1 stəkan zeytun yağı,
  • 1,5 stəkan süd,
  • 1 şorba qaşığı şəkər  tozu,
  • 2 yumurta(sarısı ayrılacaq),
  • 1 çay qaşığı duz,
  • 1 yumurta ağı(yapışdırmaq üçün),

İçi üçün lazım olan ərzaqlar:

  • Pendir,
  • cəfəri,

Uşaqlar üçün ayıcıq poaçanın hazırlanma qaydası:

  • Unutmayın ki,  ərzaqlar mütləq otaq temperaturunda olmalıdır.
  • 2 stəkan ələnmiş unu yoğurma qabına alın.
  • Ortasında oyuq açın.
  • Mayanı, duzu və şəkər tozunu da unun içinə əlavə edin.
  • Digər ərzaqları da una qarışdırın.
  • Kənarlardan unu alaraq qarışdırmağa başlayın.
  • Ərzaqlar tamamən qarışsın.
  • Yenidən yavaş-yavaş un əlavə edin.
  • Əlinizə yapışan bir xəmir olsun.
  • 5-6 dəqiqə də yoğurub topalayın.
  • Xəmirdən kiçik toplar ayırın.
  • Əlinizlə açıb içini əlavə edin.
  • Uclarını ortada toplayıb yuvarlayın.
  • Bunu sucuqlu da edə bilərsiniz.
  • Bunları fırın sinisinə düzüb üzərinə yumurta sarısı sürtün.
  • Ayıcıqların qulaqlarını hazırlayıb yapışdırın.
  • Üz hissəsini əlinizlə yuvarlaq edib yumurta sarısı sürtün.
  • Gözlərin və burunun yerinə çörək otu yapışdırın.
  • Üzərini örtüb   mayalanmağa qoyun.
  • İlk hazırladığınız bir az tez mayalanıb qulaqları düşə bilər.
  • Bu zaman qulaqları yenidən yapışdırın.
  • Fırını 160 dərəcə qızdırın.
  • Əvvəlcə alt rəfdə bişirin.
  • 5-10 dəqiqə sonra isə orta rəfdə bişirin.
  • Bu zaman fırını 190 dərəcə qızdırın və 20 dəqiqəyə yaxın bişirin.

Nuş olsun!

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir