Uşaqlarda baş travmasına diqqət!

        Uşaqlarda baş travmasına diqqət! 

 

Uşaqlarda olan baş travmalarına diqqət

Uşaqlarda olan baş travmalarına diqqət!

Uşaqlarda baş travmasına diqqət! 

Başdan zərbə alındığı zaman nə  etmək lazımdır?

Beyin və sinir cərrahiyyəsi mütəxəssisləri uşaqlıq çağlarındakı aldıqları zərbələr haqqında valideyinləri diqqətli olmağa çağırır.

Beyin travmaları önəmli bir xalq sağlamlığı problemidir.

Ümumiyyətlə, yol qəzaları, yıxılmalar, idmanda aldığı yaralanmalar sonrası   travmalar meydana gəlir.

45 yaşdan aşağı olanlar   arasında və uşaqlarda     aldığı travmalara görə xəstəxanalara tez-tez  müraciətlər   olunur.

Başda olan travmalar hər zaman ağır olmur. Bəzən önəmsiz kimi qəbul etdiyimiz travmalar qısa zaman ərzində  yaddaş itirməyə səbəb ola bilər. Ancaq   alınan travmalara vaxtında  müdaxilə  etmək  nəticəsində bu problem aradan qaldırmaq daha rahat olur.

Son illərdə aparılan çalışmalardan məlum olmuşdur ki, təkrarlanan travmalar beyin funksiyalarında problemlər yaratmaqla bərabər, zəka funksiyalarında da xeyli problemlər yaratmış olur.

Burada diqqət edilməsi gərəkən əsas məsələ tək-tək olan kiçik travmalar deyil , davamlı təkrarlanan travmalardır.

Məktəbə getməzdən əvvəlki dövürlərdə üşaqlarda yıxılmalar, baş travmaları valideyinlərin çox tez-tez qarşılaşdığı bir problemdir.

Bu dönəmi isə 2 yaşdan əvvəl və 2- 7 yaş arası olaraq incələmək daha doğru ola bilər.

İki yaşdan əvvəlki dövür:

  1. Körpəniz daha yeni yeriməyə başlasada hələ  əzələləri  tam bərkiməmişdir .
  2. Buna görə də körpə yartarkən, oturarkən, yeriyərkən  təhlükələrdən uzaq durma yetkisinə sahib deyildir .
  3. Yaşına uyğun olaraq yatdığı yerdə dönə bilər, iməkləyə bilər, otura bilər, kömək almadan yerimək istəyər.
  4. Bütün bunları edərkən yıxılıb travma alacağını düşünə bilmir.
  5. Bu yaş qurupunda olan körpələrin baş  sümükləri  yetişkinlərə nisbətən   daha yetərincə inkişaf etməmiş  və bərkiməmişdir.
  6. Travma birbaşa olaraq baş beyin toxumalarında problem yarada  bilər.
  7. Bu yaş qurupunda başa dəyən zərbələrdə başın sümüyündə çökmələr əmələ gəlir və bir müddət sonra   isə əvvəlki vəziyyəti bərpa  olunur.
  8.  Beyin toxumaları son dərəcə elastiki olduğu üçün bu  travmanı ən az zədə ilə atlatmaya çalışır.
  9. Ancaq bunlar müəyyən bir hüdud içərisində gerçəkləşir.
  10. Əgər   travma  kifayət qədər şiddətli isə  sümük və beyin toxumasında müxtəlif səviyyələrdə ziyan və qanamalar ortaya çıxa bilər.
  11. Zədə almış  və ya  zədələndiyindən  şübhə edilən körpədə  həkimlər  bəzi  problemləri araşdırmağa çalışırlar.
  12. Uşağın yaşı, düşdüyü yüksəklik, zəmin, düşmə sürəti ilk  növbədə  zədənin ciddiliyi  haqqında  bir fikir meydana gətirər.
  13. İkinci mərhələdə bu hadisədən sonra uşaqda yaranan dəyişikliklər, şüur itkisi, yuxululuq, qusma və ya normal olmayan hər şey diqqəti çəkər.
  14. Üçüncü mərhələdə müayinə və lazım olsa radioloji  müayinələr ilə problemləri ortaya çıxartmaq olar.
  15. Hər zaman ilk 24 və 48 saat əhəmiyyətlidir.
  16.  Başlanğıcda uşaq tamamilə normal olsa da sonradan yeni problemlər  ortaya çıxa bilər.
  17. Buna görə də  zədə sonrası 24-48 saat uşağın ya ailəsi tərəfindən ya da  lazım gəlsə  xəstəxanada həkim tərəfindən təqib  olunmalıdır.
  18. Praktik olaraq belə bir hadisə ilə qarşılaşanda, əgər uşaqda normal xarici qusma, yuxu halı və ya şüur itkisi varsa, gözlə görülər bir şişlik, göyərmə mevcuttsa, zədənin şiddətindən  asılı olmayaraq  təcili  həkimə aparılması lazımdır.
  19. Şüurunu itirmiş   uşaqlarda başını arxaya yatırdılıb, dilin bir qaşıq arxası ilə yatırılması çox əhəmiyyətlidir. Belə olanda dilin qatlanaraq boğazdan hava yolunu kəsməsinin qarşısını almaq olur.
  20. Şiş olan yerə soyuq  su qoymaq  həm qanamağın qarşısını alır ,   həm də şişkinliyi azaldır.

 

Travmalardan qorunmaq üçün alınan tədbirlər:

  1. Evdə uşağın  başına qədər olan məsafədəki sərt, kəskin, iti və kənarları olan əşyaların uzaqlaştırlması və ya dairələrinin yumşaq rezin və ya süngər ilə örtülməsi.
  2. Zəminin yumşaq və qalın vəsaitlərlə örtülməsi.
  3. Uşağın dırmanıb  üzərindən  düşə biləcəyi əşyaların  bağlanılması.
  4. Yatağının yatağın yerə yaxın edilməsi.
  5. Mümkün olduğu qədər uşaqların nəzarət altında qalması.
  6. Gedərkən bilək daxil əlindən  tutulması kimi tədbirlər faydalı olacaqdır.

İki və 7 yaş arası:

  1. Bu dövrdəki düşmələr uşaqların daha hərəkətli, əzələ strukturlarının daha güclü olması səbəbindən  körpəlik çağındakı  düşmələrindən daha fərqlidir.
  2. Bu dövrlərdə balkon, pəncərə, ağac kimi yerlərdən düşmələr daha sıxdır.
  3. Kəllə sümükləri bu yaş qrupunda artıq sərtləşdiyi və elastikliyini itirdiyi üçün qırıq, çatlaq, çökmə və beyin toxumasında zədə  riski artmış  olur.
  4. Körpələrdən fərqli olaraq   onlar özlərini daha yaxşı ifadə edə bildikləri  üçün təqiblər daha rahatdır.
  5. Zədənin şiddəti, travma sonrası dövr  körpələrdə olduğu kimidir.
  6. Qapı və pəncələri açıq tutulmaması, önlərində üzərinə çıxa biləcəyi əşya və digər materialların uzaklaştırlması.
  7. Velosiped və bənzəri vasitələri istifadə edərkən dəbilqə, dizlik və dirsəklik istifadə etmək daha uyğun  olacaqdır.

 

 

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir