• Ütüyü təmizləməyə başlamazdan əvvəl  hansı metoddan istifadə edəcəyinizi və lazım olan malzamələri hazırlayın.
  • Ütünün elektrikə taxılı olmamasına xüsusi diqqət edin.
  • Təmizlik əsnasında istifadə etmək üçün yanınızda köhnə dəsmal saxlayın.
  • Ütü təmizləməyə başlamadan öncə nəmli dəsmalla altında olan toz  və ipək qalığını  təmizləyin.
  • Bundan sonra təmizliyə başlaya bilərsiniz.

 

Ütünü hansı aralıqlarla təmizləmək lazımdır?

  • Ütünüzü 3 və  4   həftədə bir təmizləyərək ömrünü uzada bilərsiniz.
  • Əks halda kirəc  yığıldıqca    təmizlənmə işi də çətinləşir.
  • Kirəc və parça yanığı yığıldıqca təmizlənməzsə  sonradan təmizləmək çox çətin olur.
  • Ütü işləmi bitər-birməz  mütləq ütünün xəzinəsində olan suyu boşaldın.
  •  Su  boşalmazsa içərisi paslanar,  kirəcləşər.
  • Ütü modelinizdə avtomatik təmizləmə modu varsa, hər dəfə ütüləməzdən əvvəl  ütünün öz-özünü təmizləməsinə çalışın.

Qulaq təmizləmə çubuğu  ilə  ütü təmizləmə

 

  • Kirəcləmiş ütü altlığını təmizləyərkən qulaq çöpündən istifadə edə bilərsiniz.
  • İlıq suyun içinə bir-iki damcə qab yuyan şampon əlavə edib qarışdırın.
  • Ütü tamamən soyuduqdan sonra hazırladığınız suyun içinə qulaq çubuğunu batırıb  ütünün altındakı buxar yuvalarını təmizləyin.
  • Sonunda ütünün su xəzinəsini doldurun və ütünü elektrik cərəyanına taxın.
  • Bir neçə dəfə buxar püskürdün və ütünü elektrikdən ayırıb içindəki suyu boşaltmağı unutmayın.

   Ağ  sirkə ilə ütü təmizliyi:

  • Təmizlik məkanlarıında ağ sirkədən daha çox istifadə edirlər.
  •  Ancaq iyi olduğunu əvvəlcədən bilməlisiniz.
  • Durulamanı təmiz etməzsəniz ütüdən daima iy gələr.
  • Soyuq ütünün su xəzinəsinə    bir az su doldurun.
  •  Su ilə bərabər ölçüdə ağ sirkə də doldurun.
  •  Bundan sonra ütünü elektrik cərəyanına taxıb yüksək modda qızdırın.
  • Ütü ən yüksək temperatura çatdıqdan sonra bir neçə dəqiqə buxar  verin.
  • Sonra ütünü elektrik cərəyanından ayırın.
  •  Ütü soyuduqdan sonra içindəki sirkəli suyu boşaldın və təmiz su ilə durulayıb    təkrar qızdıraraq buxarlandırın.  Sirkə iyi çəkilənə qədər buxarlandırmağa davam edin.

Limon duzu ilə  ütü   təmizliyi:

  • Limon duzunun tərkibində olan turşuluq təmizlik üçün olduqca yararlıdır.
  • Xüsusi ilə kirəcləmə zamanı limon tozunun faydası çoxdur.
  • Suyun içinə limon duzu əlavə edərək  qaynadın və   su ilındıqdan sonra ütünün  su xəzinəsinə doldurun.
  •  Ütüyü çalışdırın və  qızdıqdan sonra buxar düyməsini davamlı basın.
  • Daha sonra ütünü saf  su ilə durulayın.

Soda və sirkə suyu ilə ütü təmizliyi:

  • Ən təbii , ən sağlam təmizlənmə məhsullarından biri olan soda ütü təmizliyində olduqca təsirlidir.
  • Soda sağlamlıq üçün də faydalıdır.
  • Sodanı sirkə ilə birlikdə də istifadə edə bilərsiniz.
  •  Bu zaman kirəc təmizləmədə daha təsirli olur.
  • Sirkə və soda qarışığını dərin bir qabda hazırlayın.
  •  Toz buraxmayacaq bir dəsmalı bu suda isladaraq  ütünün kirəcli hissələrini ehtiyatla silin.
  • Kirəclərin itdiyini görəndə silməni dayandırın.
  •  Ardından ütüyə su doldurub buxarlandıraraq altında qalan kirəclərin də tökülməsinə çalışın.
  • Bu işlər tamamlandıqdan sonra  su xəzinəsini mütləq boşaldın.