Üz dərisini gözəlləşdirən zəncəfil maskaları

 

Üz dərisini gözəlləşdirən zəncəfil maskaları

Üz dərisini gözəlləşdirən zəncəfil maskaları

Üz dərisini gözəlləşdirən zəncəfil maskaları

 Üz dərisini gözəlləşdirən zəncəfil maskaları

Zəncəfil müxtəlif dəri tipləri üçün olan maskaların tərkibində istifadə olunur.

Qədim zəncəfil maskası:

  • Zəncəfil kökünün kiçik hissəsini (2-3 sm) blenderdə əzin, 1 xörək qaşığı zeytun yağı əlavə edin, qarışdırın və üz dərisinə çəkin.
  • 15-20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.

Həssas dəri üçün zəncəfil maskası:

  • Zəncəfil kökü (2 sm), 1 çay qaşığı limon şirəsi, 1 xörək qaşığı balı blenderdə qarışdırın.
  • Bu qarışıq 2 saat ərzində soyuducuda saxlanılmalıdır.
  • Sonra maskanı təmiz üz dərisinə çəkin və 15-20 dəqiqədən sonra ilıq su ilə yuyun.

İltihabəleyhinə zəncəfil maskası:

 

  • Zəncəfil kökü (2 sm), portağal şirəsi, 1 xörək qaşığı bal və 1 xörək qaşığı qatığı  blenderdə qarışdırın və təmiz üz dərisinə çəkib 15-20 dəqiqədən sonra üzünüzü yuyun.

Cavanlaşdırıcı zəncəfil maskası:

  •  Zəncəfil kökü (3 sm), 1 dəstə nanə, 1 çay qaşığı bal və 1/3 bananı blenderdə qarışdırın və təmiz üz dərisinə çəkin.
  • 20 dəqiqədən sonra üzünüzü təmiz su ilə yuyun.
  •  1 xörək qaşığı sürtgəcdən keçirilmiş zəncəfil, 1 çay qaşığı bal, 1 çay qaşığı limon şirəsi , 1 xörək qaşığı xama , 1 kapsul E vitaminini  qarışdırın, təmiz üz dərisinə çəkin.
  • 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Zəncəfillə tonuslaşdırıcı maska:

  •  1 xörək qaşığı zəncəfil kökünü  1 xörək qaşığı balla qarışdırın və üz dərisinə çəkin.
  • Üzünüzü 20 dəqiqədən sonra təmiz su ilə yuyun.

Zəncəfillə ağardıcı maska : yağı, 

  • Zəncəfil, qızılgül, badam, qreypfrut efir yağları (hərəsindən 3-4 damcı) 2 xörək qaşığı xama ilə qarışdırın və təmiz üz dərisinə çəkin.
  • 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir