Üzgüçülük

Üzgüçülük

üzgüçülük

Üzgüçülük

Üzgüçülük

Həm təmiz, həm də sağlamlığa faydalı idman-üzgüçülük

  • Üzmənin faydalarını saymaqla qurtarmaq olmaz.
  • Mütəxəssislər üzmə idmanının bədənin bütün əzələlərini hərəkət erdirdiyini söyləyirlər.
  • Üstəlik bədənimiz üzmək sayəsində inkişaf edir və qüvvətlənir.
  • Ürək damar, hərəkət sistemi, tənəffüs sistemi, əsəb sistemi üzmə sayəsində sağlam və güclü olur.
  • Bax, budur üzmənin faydaları.

Üzgüçülük və ürək –damar və hərəkət sistemi

  • Ürəyin dəqiqədə vurduğu qanın miqdarı nə qədər artarsa o miqdarda da qan bütün toxumalara yayılar.
  • Ürəyin dəqiqədə vurduğu qan miqdarı fərqli məşqlər sayəsində artar.
  • Aparılan araşdırmalarda üzgüçülərin ürəklərində qan pompalama sürəti yüksəkdir.
  • Su içində üfiqi vəziyyətdə üzmək nəticəsində ürəyə daha çox qan gedir.
  • Suyun itələmə qüvvəsi üzərkən cəzbetmə qüvvəsinə qarşı müqavimət göstərir.
  • Bu qan təzyiq sayəsində ürək  döyüntüsü sürətlənir.
  • Üstəlik üzmək sayəsində ürək qanı əzələlərə vurur.
  • Buna görə də üzgüçülük ilə məşğul olanlarda hərəkət sistemi və ürəkləri daha çox müqavimıtlidir.

Üzgüçülük və Tənəffüs sistemi

  • Üzmə ilə məşğul olanlarda oksigenə ehtiyac çox yüksəkdir.
  • Bu yüksək ehtiyaca qarşılıq olaraq bədənimiz yeni yollar axtarır. Bunun üçün də bədənimiz daha çox tənəffüs edir.
  • Ağciyərin tutumu artır.

Üzgüçülük və əsəb sistemi

  • Üzmə ilə məşğul olduqda əsəb sistemi və duyğu orqanlarımız bərabər çalışır.
  • Suya girdikdə bir canlılıq və rahatlılıq hiss edilir.
  • Bunun sayəsində də əsəb sisteminiz hədsiz rahatlayır.
  • İnsanın özünə olan güvəni artır.
  • Qorxuları yox olur.
  • Uşaqlara lap körpə yaşlarından başlayaraq üzgüçülüklə məşğul olmaqları tövsiyyə olunur.
  • Bunun sayəsində uşaqların  sümüyü, əzələ və  bədəni  normal  inkişaf edir.
  • Üzmə sayəsində bütün əzələlər çalışdığına görə   uşaqların inkişaf etməsində  əhəmiyyəti çoxdur.
  • Üstəlik uşaqlarda özünə güvənmək, dostluq etmək bacarığı öz həllini tapa bilir.
  • Kiçik yaşlardan etibarən üzmə sayəsində nizam-intizamlı olmaq bacarığı da qazanılır.
  • Üzmə ən təmiz bir idman növüdür.
  • Bir çox idman növlərində tər, toz olur.
  • Ancaq üzgüçülükdə isə bu heç vaxt olmur.
  • İnsan tərləmiş olsa belə su ilə yuyulur.
  • Üstəlik hovuza girməzdən əvvəl bədəndə olan bəzi dəri parçaları duş sayəsində təmizlənir.
  • Saçlara taxılan bone sayəsində hovuza saç tökülmür.
  • Buna görə də üzgüçülük təmiz idman növü sayılır.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir