Xərçəngə və qribə qarşı nar!

Xərçəngə və qribə qarşı nar!

x'ərçəngə qribə qarşı nar

Xərçəngə və qribə qarşı nar!

Xərçəngə və qribə qarşı nar!

  • Nar bədənin  almış olduğu toksin maddələri anında yox edir.
  • C vitamini ilə zəngin olan,  həm xərçəngə , həm də qrib infeksiyalarına qarşı qoruyucu bir qalxan olduğunu söyləyən daxili xəstəliklər həkimi  və hematolagiya mütəxəssisləri antioksidant xüsusiyyəti olan  narın faydalarını anlatdılar…
  • C vitamini baxımından zəngin olan və antioksidant  xüsusiyyəti olan nardan  istifadə etməklə həm xərçəngdən, həm də qrib infeksiyalarından qorunmuş olarsınız.
  •  Hər mövsümün özünə uyğun yeyəcəkləri vardır.
  •  Bunların təzə olaraq istifadə edilməsi  mövsümə uyğun xəstəliklər başda olmaq üzrə bir çox xəstəliyə qarşı tədbir alınmış olunur.
  • Qışda , xüsusən, C vitamini baxımından zəngin meyvə və tərəvəzlərin istifadə edilməsi bədənin immünitet   sistemini güçləndirir.

Xərçəng hüceyrələrini yox edir!

  •  Qış aylarında C vitamini ilə zəngin olan nar və ya təzə sıxılmış nar suyu istifadə etmək immunitet sistemini  gücləndirir.
  •  Ayrıca antioksidan xüsusiyyəti olan A ve E vitamini də istehsal edən  nar, uzun zaman bədəndə əmələ gələ bilən xərçəng hüceyrələrini yox  edir.

Qışın ən önəmli meyvəsi-nar!

 

  • Qribə yaxalanan insanların  nar istifadə etməsi nəticəsində xəstəliyi daha asan və tez adlada bilərlər.
  • Çünki  nar immünitet  sistemini çox qüvvətli tutan meyvədir.
  •  Xəstəliklər bədənin  zəifləməsi,  immunitet sisteminin zəifləməsi sayəsində bədənin zərərli maddələrə qarşı savaşa bilməməsindən irəli gəlir.
  •  Ona görə də qışda ən önəmli meyvə olan nar  istifadə etməklə bədəndə olan toksin maddələri anında aradan qaldırmaq olar.

Narın faydaları

  • Latınca adı “Punica Qranatum” olan nar təbii bir dərmandır.
  • Son zamanlar narın  faydaları ilə  bağlı  aparılan araşdırmalar bu qidanın sağlamlıq üçün çox faydalı olduğunu  ortayaya çıxartdı.
  • Narda C vitamini, kalium, dəmir, polyphenol, anthocyanin və tannın adında antioksidanlar vardır.
  • Ayrıca siyanid, delfinidin, pelargonodin, kersetin, kaempferol, luteolin kimi antioksidanlar da vardır.
  • Narın yeyilən hissəsinin 100 qramında 150 mq fenolik maddə mövcuddur.

Nar suyunun və narın faydası nədir?

  • İmmunitet  sistemini güclındirir.
  • İnfeksiyalara qarşı bədənin müqavimətini artırır.
  • Qanın antioksidant qabiliyyətini artırır.
  • Oksidləşmənin qarşısını ala bilən antioksidant maddənin olması cəhətindən  nar suyu yaşıl çaya görə  daha  çox zəngindir.
  • Bəzi araşdırmalara görə narın  özünü antibiotik dərmanlarla bərabər istifadə etdikdə antibiotiklərə qarşı müqavimət göstərən bakteriyalar  üzərində də təsirli ola biləcəyi  sübut olunmuşdur.
  • Xüsusi olaraq hazırlanmış nar özütünün tamiflu adlı virus öldürücü bir dərmanla birlikdə istifadə etdikdə dərmanın virus üzərindəki təsirinin daha çox artdığı müəyyən olunmuşdur.
  • Nar çəyirdəyi yağında Punisik turşusu ilə birlikdə 0,6 faiz miqdarında antioksidant xüsusiyyətə malik  polifenollar  vardır.
  • Nar çəyirdəyində olan linekoil turşusu və polifenolların ürək damar xəstəliklərinə qarşı qoruyucu xüsusiyyəti  vardır.
  • Heyvanlar üzərində aparılan araşdırmalara  görə nar suyu atereskleroz xəstəliyi zamanı əmələ gələn yorğunluğu çox azaldır.
  • Narda olan bəzi maddələr damar tutulmasının qarşısını alır.
  • Kliniki araşdırmalara görə nar suyunu 1 il boyunca düzənli olaraq içməklə LDL və HDL –nın oksidasyonunu   azaltmaq olar.
  • 3 il davamlı içməklə isə qanda olan ateresklerotik lezyon inkişafını müəyyən ölçüdə azalda bilmək olar.
  • 3 ay boyunca gündə 2 stəkan nar suyu içmək tac damar ürək xəstəliklərində stressə bağlı bəzi faktorları azalda biləcəyi bir başqa klinik tədqiqat da öz əksini tapmışdır.
  • Yüksək təzyiq problemi olan 62 ilə 77 yaş lardakı xəstələrə 15 gün boyunca gündə bir çay stəkanı nar suyu verilmiş və sonunda isə serum ACE səviyyəsində 36 faiz, yüksək təzyiq üzərində isə 5 faiz azalma olduğu təsdiq olunmuşdur
  • .Aaparılan araşdırmada   101 böyrək xəstəsinə   bir il boyunca həftədə 3 dəfə  yarım stəkan nar suyu verilmiş və xəstələrin qanlarında olan infeksiya risqinin  azaldığı təsbit edilmişdir.
  • Araşdırmalardan  aydın olmuşdur ki,  nar suyu  prostat və dəri xərçənginə qarşı  bir qoruyucudur.
  • Nar suyu xərçəngin yayılma sürətini çox aşağı salır.
  • Bir çalışmada prostat xərçəngi diaqnozu qoyulmuş 40 xəstəyə iki il boyunca hər gün nar suyu verməklə xəstələrin yüzdə 85 arasında prostat xərçənginin inkişafının qarşısı alınmışdır.
  • Bu araşdırmalardan məlum olmuşdur ki, nar suyu xərçəng hüceyrələrini fərqli yöntəmlərdən müalicə edir.
  • Prostat xərçənglərində isə, proqramlı hüceyrə ölümlərini sürətləndirici təsiri müəyyən edilmişdir.
  • Xərçəng ölümlərinin böyük bir hissəsinin ilkin  şişlərin yayılmasından qaynaqlandığı təxmin edilməkdədir.
  • 1,5 mq nar suyu ilə 1,5 mq nar çəyirdəyi yağıyla əldə edilən 3 miliqramlıq qarışığının  prostat və döş  xərçəngində şiş hüceyrələrinin yayılmasının qarşını ala bildiyi təsbit edilmişdir.
  • Heyvanlar üzərində aparılan araşdırmalar zamanı əvvəlcə   heyvanlarda osteoartrit yaratmışlar.
  •  Sonra təzə sıxılmış nar suyunu  iki həftə ərzində  heyvanlara ağız yoluyla  vermişlər.
  • Həftə sonunda isə nəticələrdən məlum olmuşdur ki,oynaqlardakı  problem  verilən nar suyu miqdarına görə dəyişmişdir.
  • İnsanlar üzərində hələlik  heç bir təcrübə aparılmasa da davamlı olaraq nar suyu içilməsinin artrit şikayətlərinin yüngülləşməsində faydası ola biləcəyini təxmin edirlər.

Xəbərdarlıq:

  • Nar dənəsi çəyirdəyi qəbizliyə səbəb olur və bağırsaqların hərəkətini tənbəlləşdirir.

 

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir