Yayda körpələri qidalandırarkən nəyə diqqət edilməlidir?

Yayda körpələri qidalandırarkən nəyə diqqət edilməlidir?

 

yayda körpələri qidalandırarkən nələrə diqqət etmək lazımdır?

yayda körpələri qidalandırarkən nəyə diqqət etmək lazımdır?

Yayda körpələri qidalandırarkən nəyə diqqət etmək lazımdır?

Ümumiyyətlə ana südü ilə bəslənən körpələrə əlavə qida verərkən nəyə diqqət etmək lazımdır?

Qidalanma və sağlamlıq ikisi də bir-birindən ayrılmaz bir haldır.

Uşaqlarda və yeniyetmələrdə qidalanma fərdlərə görə çox fərqlidir.

Körpə qidalanmasında  mövsümə görə də fərqliliklər ola bilər.

Xüsusi ilə yayda həm qidaların tez xarab olması, həm isti havalarda soyuq yeməklər tərcih edilməsi, bu dövürdə səyahətlərin çox olması səbəbindən körpələrin və uşaqların qidalanmasında dəyişikliklər etmək lazım gəlir.

Ona görə də pediatrlar yayda körpələrin qidalanmasının çox əhəmiyyətli olduğunu düşünərək valideyinlərə qidalanma haqqında bəzi məsləhətlər verməyi lazım bildilər.

Ana südü ilə qidalanan 0-6 yaşlı körpənin qidalanması:

0-6 yaşlı körpə sadəcə ana südü ilə qidalanır.              

  1. Əlavə heç bir qidaya ehtiyac da yoxdur.
  2. Bu zaman ana südü ilə qidalandığı üçün körpənin suya da ehtiyacı olmur.
  3. Avtomobildə, gəzintidə olan zaman  körpə acıqdıqda onu əmizdirmək yetər.
  4. Əgər əlavə qidadan istifadə edirsinizsə, yəni körpəyə əmziklə yemək verirsinizsə,  onun yeyəcəyi qədər yemək  hazırlamanız  lazımdır.
  5. Körpənin tükədə bilmədiyi qidanın qalan hissəsini isə saxlamaq olmaz , qalan  qidanı atmaq lazımdır.

Yayda körpə qidalanmasında diqqət ediləcəklər:

  1. Yay dövründə və yolçuluq zamanı qəhvəaltı üçün hazır qəhvəaltılardan istifadə etmək olar.
  2. Toz halında olan bu qidaları ilıq su və ya uşaqlar üçün olan  südü ilə də hazırlaya bilərsiniz.
  3. Bu qidalarda xarab olma risqi nisbətən azdır.
  4. İstirahət etdiyiniz yerlərdə güvənə biləcəyiniz mətbəx varsa orada taxıllı şorbalar, plov, makaron, ərişdə, toyuq, ət ilə günorta və axşam yeməkləri hazırlaya bilərsiniz.
  5. Qatığı hər dəfə təzə-təzə açaraq yedirdə bilərsiniz.
  6. Yeməkaralarında körpəyə mütləq su verməlisiniz.
  7. Avtomobildə və gəzinti zamanı isə paketini yeni açdığınız pürələr və ya başqa uşaq qidalarından istifadə edən zaman yenə də ehtiyatlı olmalısınız. Həddən çox yedirtmək olmaz.Az-az və tez-tez körpəyə qida vermək lazımdır ki, körpə həm ac, həm də yorulub bezikməsin, yəni narahat olmasın.
  8. 1 yaşdan sonra ana südü və hazır südlər artıq ana qida mənbəyi olmaqdan çıxır.Artıq körpə qaşıqla, çəngəllə öz-özünü bəsləməyə başlaması vacib şərtlərdən biridir.
  9. Dörd ana qida qrupundan körpə düzgün istifadə etməlidir.

Körpə bəslənməsində aşağıdakılara  diqqət!

  1. Körpə üçün əlavə yemək hazırlayarkən mütləq istifadə etdiyiniz  su qaynamış , soyumuş və ilıq olmalı, 24 saatdan çox isə saxlanılmamalıdır.
  2. Əlavə  qida ilə bəslənən körpəyə mütləq yeməkdən sonra su verilməlidir.
  3. Suyu isə körpə istədiyi qədər içməlidir.
  4. Ana südü körpə üçün  xüsusi qidadır   və   körpənin ehtiyacını qarşılayan  ən yaxşı  qidadır.
  5. Körpə yalnız ana südü ilə qidalanırsa  6 aydan sonra əlavə qidaya başlamaq lazımdır.
  6. Qarışıq  və ya tək əlavə südlə qidalanan körpə isə əlavə qidaya 3 aydan sonra başlamalıdır.
  7. Körpə doğum kilosunun 2 qatına çatırsa,  3 saatdan tez olan fasilələrlə qidalanmaq istəyirsə, gün ərzində 900 yüz ml süd istifadə  edirsə əlavə qidaya başlamaq olar.
  8. Düyü tərkibli qidalar, tərəvəz və meyvə pürələri, qatıq və s.ilk başlanacaq qidalardandır.
  9. Bu dövürdə körpələr daha çox enerjili  olmağa başlayırlar.  Körpə enerji sərf etdiyi üçün  tərləyir. Tərlədiyi zamanda isə bədəndə maye itkisi baş verir. Ona görə də itirdiyi mayenin yerini doldurmaq üçün tərkibində maye olan qidalar qəbul etməsi çox vacibdir. Fərqli dadları tanıması, yeməyi dişləyərək çeynəməsini öyrətmək üçün , körpəni əlavə qidalara öyrətmək lazımdır.

6–12 aylıq  körpənin qidalanma resepti:

Oyanınca:

Ana südü qəhvəaltı:

150 ml hazır əlavə süd (varsa ana südü),

1 yumurta sarısı,

1 çay qaşığı bəkməz,

1 çay qaşığı kərə yağı,

4–5 biskivit və ya dəmirlə zənginləşdirilmiş taxıllı hazır südlərdən 2–3 xörək  qaşığı.

Günorta:

1 kasa (150-250ml) toyuqlu  və ya ətli tərəvəz pürəsi +ana  südü,

Günortadan sonra:

1 kasa qatıq(100–150 ml) + 1 meyvə pürəsi (meyvə pürəsi sabahla günorta arasında 5. öynə olaraq tükədirsə biskivitli  və ya taxıllı) ,

Axşam:

1 kasa  mühələbi, (150–250 ml) + ana südü.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir