Yeni doğulan körpə nə zaman çimizdirilməli?

Yeni doğulan körpə nə zaman çimizdirilməli?

 

BEBEK 1

Yeni doğulan körpə nə zaman çimizdirilməli?

Yeni doğulan körpə nə zaman çimizdirilməli?

  • Yeni doğulan körpəni çimizdirərkən nəyə  diqqət etmək lazımdır?
  • Pediatrlar yeni doğulan körpənin həmin dəqiqə  çimizdirilməsinin düzgün olmadığını qeyd edirlər.
  • Ana bətnində olan körpə amniyon adlı bir mayenin içində olur.
  • Bəzən doğumdan həmən sonra körpənin dərhal yuyundurulmasını düşünürlər.
  • Halbuki yeni doğulan körpənin həmin   dəqiqə yuyundurulması  doğru deyildir.
  • Amniyon mayesi və içindəki kremli təbəqə dəridə qaldığı müddət ərzində körpənin həm istiliyini mühafizə edir, həm də infeksiyadan qoruyur.

Yeni doğulan körpəni böyüklər kimi çimizdirməzlər!

BEBEK2

  • Daxili dünyadan xarici dünyaya qədəm qoyan körpənin   çimizdirilməsi məsuliyyət tələb edir.
  • Xüsusilə ananın doğum kanalında infeksiya varsa, hepatit B və ya HİV daşıyıcısı olan  ananın körpəsi dünyaya gəldiyi zaman  dərhal çimizdirilməlidir, digər vəziyyətlərdə isə  körpənin yaş və yumşaq bir bezlə silinməsi   daha doğru olar.
  • Körpənin göbəyi düşdükdən sonra normal çimizdirmək lazımdır.
  • Yeni doğulan körpəni çimizdirməzdən əvvəl ilkin hazırlıqlar  edilməlidir.
  • Körpənin çimizdirilməsi körpə üçün çox faydalıdır.
  • Körpənin çimizdirilməsi körpəni mikroblardan təmizləməklə   bərabər  bəzi xəstəliklərdən də qoruyur.
  • Körpə çimizdirildikdən sonra dərisi nəfəs alaraq  rahat bir yuxuya gedər.

Yeni doğulan körpəni çimizdirərkən diqqət edilməsi gərəkənlər!

 

  • Suyun temperaturu 37- 38 dərəcəyə yaxın   olmalıdır.
  • Bu temperaturu dəqiqləşdirmək üçün vannadakı suyun temperaturunu dirsəklərinizlə yoxlaya bilərsiniz.
  • Əgər dirsəkləriniz yanmırsa temperatur normaldır.
  • Krpənin olduğu otaq isti olmalıdır.
  • Körpəni ac vaxtı çimizdirmək lazımdır.
  • Tox qarına çimdirilərsə körpə   qusa bilər.
  • Körpəni çimizdirərkən başqa bir adamdan da kömək almaq faydalıdır.
  • Suyu qaynadaraq soyutmaq lazımdır.
  •   Belə olanda körpənin infeksiyaya yoluxması risqi azalır.
  • Körpənin göbəyi düşməyibsə onu çimizdirmək lazım deyil.
  • Su göbəyin iltihablaşmasına səbəb ola bilər.
  • Körpəni çimizdirərkən əlləriniz sabunlu olduğu üçün körpə əlinizdən sürüşə bilər.
  • Sabun və şampunlar isə təbii olmalıdır.
  • Körpələr üçün istehsal olunan təbii sabunlardan  istifadə etmək lazımdır.
  • Körpələri  tərciyə görə günaşırı və ya hər gün çimizdirilməlidir.
  • Çimizdirərkən körpənin qulağına su dolmamasına  çalışmaq lazımdır.
  • Körpənin başına su tökərkən üzü aşağıya doğru tutulmalıdır.
  • Su tökülərkən körpənin qulaqlarını qapatmaqda fayda vardır.
  • Qulağına su dolarsa  körpəni narahat edər.
  • Körpəni  çimizdirərkən  ləyənin içində sürüşməsinin qarşısını almaq üçün altına bez parçası  qoymaq daha yaxşı olardı.
  • Ləyəni 10  sm dən çox doldurmaq lazım deyildir.
  • Belə olanda təhlükədən uzaqlaşmış  olarsınız.
  •  Bütün  bunlar  sonraki  çimizdirməklər üçün bir zəmin hazırlayır.
  • Çalışmaq lazımdır ki ,körpə çimməkdən qorxmasın.
  • Əgər körpə hamamda çimməkdən qorxursa bir müddət ana ilə bərabər çimməlidir.
  • Bu davranış, ananın verdiyi etibarla birlikdə duşun etibarlı bir şəkildə keçməsini təmin edir.
  • Körpəni çimizdirən zaman  vannanın içində  tək başına qalmamalıdır.
  • Yoxsa omrü boyu vicdan əzabı ilə yaşayarsınız.
  • Körpəni çimizdirməzdən əvvəl onun paltarlarını  ynına yığmaq lazımdır.
  • Çiməndən sonra paltarlarını yığıb gətirmək körpənin üşüməsinə səbəb olar.
  • Kir tutan yerləri təmiz yumaq lazımdır.
  •  Məsələn, qulaq arxaları, boğaz altı, barmaq araları, ayaq araları təmiz yuyulmalıdır.
  • Körpəni çimizdirib qurtarandan sonra körpənin bədənini yumşaq bir bezlə silib qurudun.
  • Qulaqlarının kirini almaq üçün sadəcə salfet ilə görünən yerlərini silin.
  • Qulaq pambıqlarını qulaq içinə soxmaq olmaz.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir