Yeni doğulanın ilk günləri

Yeni doğulanın ilk günləri

yeni doğulan körpənin ilk günləri

yeni doğulan körpənin ilk günləri

Yeni doğulanın ilk günləri

Yeni doğulan ilk günlərində körpənizin yanında əsla siqaret  çəkmək olmaz!

Körpənin dünyaya gəldiyi ilk gündən başlayaraq ailələrdə valideyinlərin üzərinə mühüm vəzifə düşür.

Körpəniz doğulduğunda, xəstəxanada tədbir olaraq bəzi  testlərinin edilməsi lazımdır.

Xəstəxanadakı   yoxlama testləri  bitdikdən sonra sıra yeni doğulan körpənizi evinizə götürməyə gəldi.

Evə getdikdən sonra sizi hansı sürprizlər gözləyir?

İlk sürpriz: Sarılıq

  1. Sağlam doğulan körpənizi gözləyən problemlərdən biri sarılıqdır.
  2. Yeni doğulanların qaraciyəri yetkinlərə nisbətən daha yavaş işlədiyindən, bilrübini atmaqda gecikir və bədəndəki bilrubin səviyyəsi artaraq sarılığın ortaya çıxmasına səbəb olur.
  3. Ana və körpədə qan uyuşmazlığı varsa, körpələrin qırmızı qan hüceyrələri  çox daha sürətli bir şəkildə parçalanmağa başlayır və çox yüksək miqdarda bilrubin ortaya çıxır.
  4. Qaraciyərdən də atılamadığı üçün toksik səviyyələrə çata bilir.
  5. Bu vəziyyət yarandıqda   ilk təsir yenə beyin üzərində olur və əvvəl eşitmə sinirləri zədələnir.
  6. Əgər yüksək sarılığı olan  bir körpə  normal  səviyyədə müalicə edilə bilməzsə,  ömür boyu daşıya biləcəyi bəzi nevroloji problemlər yaşaya bilər.
  7. Heç  diqqət  edilməmiş körpələrdə, yüksək sarılıq səbəbiylə irəli yaşlarda   müəyyən problemlərlə qarşılaşma  riski(məsələn, beyin fəlci və s. kimi) belə ola bilər.

Körpəniz artıq evdə!

  1. Körpənizi evə gətirdiyiniz zaman, sağlam və problemsiz böyüməsinin davam etməsi üçün ən əhəmiyyətli meyar  ana südü ilə qidalanmasıdır.
  2.  Körpənizin yanında qətiliklə siqaret çəkilməməlidir.
  3.  Körpənin olduğu otaq istiliyinin 22-24 dərəcədə olması kifayətdir.
  4. Xüsusilə, qış aylarında körpələrin çox isti mühitlərdə, isidici yanında olmasının təhlükəli olduğunu bilməlisiniz.
  5. Yatağın qızdırıcı ya da sobanın yanına qoyulması  ani körpə ölümlərinə səbəb ola bilir.
  6. Buna görə də  də körpənizi mümkün qədər qızdırıcılardan  uzaq tutmalı və qat -qat geydirib sarımamalısınız.
  7. Ani körpə ölümlərinə səbəb olan  bir başqa risk  isə körpənin üzüstə yatırılmasıdır..
  8. Buna görə də  körpənizi gecələri kürək üstə yatırmalısınız.
  9.  Bəslənmə mövzusunda da yalnız ana südü və bunun yanında lazımlı bəzi vitaminləri verməlisiniz.
  10. Körpələrin təxminən ikinci həftədən etibarən, gündəlik 4 damla D vitamini damlası istifadə etməsi lazımdır.
  11. Bu şəkildə sürətlə böyüyən sümüklərin sağlamlığını  təmin edə bilərsiniz.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir