Yetkinlik yaşları dövrünün ən böyük problemi –sızanaq

Yetkinlik yaşları dövrünün ən böyük problemi –sızanaq

sivilceler

Yetkinlik yaşları  dövrünün ən  böyük problemi –sızanaq

Yetkinlik yaşları dövrünün ən böyük problemi –sızanaq

  • Yetkinlik yaşları dövründə bir çox gəncin problemi olan sızanaqlar  bu dövr bitdikdən sonra da illərlə izi  qala bilər.
  • Yetkinlik yaşları dövründə alınan kiçik tədbirlərin köməkliyi sayəsində sızanaqsız, təmiz bir dəriyə sahib ola bilərsiniz.
  • Mütəxəssislər  təmiz dəriyə  necə  sahib olmanın yolların başa salırlar.

 Yetkinlik yaş dövrü sızanaqları nədir?

  • Yetkinlik yaşlarında əməl gələn sızanaqların əsas səbəbi dəridə olan yağ ifrazatının artmasından sonra yağ vəzilərinin iltihablaşmasıdır.
  • Bu iltihaba səbəb olan bakteriya hər bir şəxsin dərisində  vardır.
  • Ancaq yağ ifrazatının artması bu bakteriyaların çoxalmasına səbəb olur.

Bu hansı yaş dövründə özünü daha çox büruzə verir?

  • Əsasən 14-16 yaşlarında görünən  bu  sızanaqlar oğlanlarda daha çox  büruzə  verir.
  • Yetkinlik yaşı dövründə olan 10 uşaqdan 1- də həddən çox sızanaq olur.
  • Qızlarda yetkinlik dövrünə xas olan sızanaqlar daha kiçik yaşlardan ortaya çıxır.
  • Bu  qızların yetkinlik yaşına daha tez girməsi ilə əlaqədar olur.
  • 25 yaşdan sonra görünən sızanaqlar  qadınlarda daha çox olur.

Sızanaqların yaranmasında genetik  amillərin də təsiri olurmu?

  • Anada, atada , bacı və qardaşında əgər sızanaq varsa , onlarda da görünmə risqi daha yüksək olacaqdır.
  • Eskimolarda, yaponlarda  və  qara irqdə ağ irqə nisbətən sızanaq daha az olur.
  • Ancaq balıq ilə qidalanan eksimolar və yaponlar qərb üslubu qidalanmağa keçdikdən sonra sızanaq miqdarı onlarda da artmışdır.

Sızanaqların əmələ gəlməsi necə başlayar?

  • Yağlanan dəridə əvvəlcə qara və ağ  nöqtələr əmələ gəlməyə başlayar.  İlk əlamətləri alında özünü göstərər.
  • Sonradan yanaqlara, buruna, çənəyə, boyuna yayılar.

Sızanaqların əks təsiri nədir?

  •  Gənclərdə utanma duyğusu yaradır.
  • Məktəbdə, iş yerlərində, şəxsi həyatlarında sıxıntı yaradır.
  • Qaşınma, yanma, ağrı kimi rahatsızlıqlarverir.
  • Bu sızanaqlar qalıcı ləkələr də ola bilər.

Qidalanmanın sızanaqlara təsiri varmı?

  • Pəhrizin sızanaqlar üzərində tam təsiri öz təsdiqini tapmasa da, artıq kaloridən qurtarmanın sızanaqların müalicəsində təsiri görünməkdədir.
  • Gənclərin düzgün qidalanmağı sızanaqların artmasının qarşısını ala bilir.

Sızanaqlar hansı dövrdə daha çox artar?

  • Tərləmə, nəmli iqlim, yemək bişirilən isti ortamlarda çalışmaq sızanaqları artırır.
  • Fast-food restoranlarda çalışan gənclərdə davamlı istifadə etdikləri kartof qızartmaları  sızanaqların artmasına səbəb olur.
  • Diqqətli bir günəş və dəniz vannası  sızanaqlara   yaxşı təsir edir.
  • Siqaret çəkmək sızanaqların artmasına səbəb olur.
  • Dəriyə vurulan yağlı kremlər də sızanaqların  əmələ gəlməsinə səbəb ola bilir.

Necə müalicə etməli?

  • Yetkinlik dövrü sızanaqları 6-7 il davam edir. Bəzən 40 yaşa qədər də davam edə bilər.
  • Müalicəyə başlayan insanlar  bunun uzun sürəli müalicə olsacağından xəbərdar olmalıdırlar.
  • Azacıq sızanaqlar əmələ gələn  zaman dərinin  həddən çox yağlanmasının qarşısını almaq , bakteriya yaranmasının qarşısını ala biləcək maddə istifadə etmək çox faydalıdır.
  • Ancaq hekzaxlorefen istehsal edən antibakteriyal sabunların istifadə edilməsi qara nöqtələrin   əmələ gəlməsinə səbəb olur.
  • İkinci mərhələdə dəridəki yağ ifrazatını azaldan krem , gel, laysonlar istifadə edilməlidir.
  • Ən çox müqavimət göstərən sızanaqlar zamanı isə A vitamini tərkibli kapsullar istifadə edilməlidir.
  • Ayrıca sızanaqlara görə müalicə alan insanların vitamin almaqları, tərəvəz-meyvə tükətməkləri və daha çox balıq yeməkləri gərəkdir. Sızanaq müalicəsi zamanı dəridə quruma, qızarma, qaşınma müalicənin ilk günlərində  sızanaqlarda artma gözlənilir.
  •   Bu vəziyyətin yan təsiri , və ya allergiya olmadığı haqqında xəstələrə məlumat  verilməlidir.
  • Yenə də uzun müddətli müalicələrdən sonra belə sızanaqlar əmələ gələ bilər.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir